Avstraliyada Azərbaycanın müstəqilliyinin 25 illiyi qeyd olunub
Tarix: 17.10.2016 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin Pert şəhərində Milli Məclisin nümayəndə heyətinin iştirakı ilə qeyd edilib.
MM-dən APA-ya verilən məlumata görə, Azərbaycan Milli Məclisi ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sabiq sədri Lyuk Simpkins çıxışında Sovet İttifaqının süqutundan sonra Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən və 1991-ci il dekabrın 26-da Avstraliyanın Azərbaycan Respublikasının müstəqilliyini tanımasından danışıb. Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov ölkənin siyasi, iqtisadi uğurlarını qeyd edərək iki ölkə arasında bütün sahələrdə əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 25 il əvvəl bərpa edilən müstəqilliyin qorunmasından, möhkəmləndirilməsindən, ötən müddətdə Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurlardan bəhs edb. S. Seyidov yığıncaq iştirakçılarına Azərbaycan xalqının ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verərək bütün beynəlxalq təşkilatların Azərbaycanın haqlı mövqeyini dəstədiklərini bildirib. Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond da çıxış edib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info