Savelyev: “Azərbaycan Rusiya üçün təkcə vacib strateji tərəfdaş deyil”
Tarix: 17.10.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


“Azərbaycan Rusiya üçün təkcə strateji tərəfdaş deyil, xalqınız həm də birlikdə uzun qəhrəmanlıq yolu keçdiyimiz qardaş xalqdır”.
Bunu Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubunda bildirib. 
 
”Sizi və Azərbaycan xalqını səmimi qəlbdən Müstəqillik Günü münasibətilə təbrik edirəm! Bu gün Azərbaycan inkişaf yolunda uğurla addımlayır. Bizi, yaxın qonşunuzu ölkənizin əldə etdiyi inkişafın müsbət nəticələrini gömək çox sevindirir. Biz ölkənizdə dövlətçiliyin möhkəmləndirilməsinə və insanların sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənən genişmiqyaslı dəyişikliklərin şahidi oluruq. Azərbaycan müstəqil siyasət yeridərək beynəlxalq arenada öz mövqeyini gücləndirir. Müasir çoxkonfensiyalı dövlət möhkəm bünövrə üzərində qurulub. Bu bünövrəni milli adət-ənənələrə riayət edilməsi, mehriban bir ailə kimi ölkə ərazisində yaşayan bütün xalqların mənəvi dəyərlərinə hörmət təşkil edir. Bu, Azərbaycanı bir çox dövlətlər üçün nümunə edir. Rusiya üçün Azərbaycan təkcə vacib strateji tərəfdaş deyil, azərbaycanlılar həm də birlikdə uzun qəhrəmanlıq yolu keçdiyimiz qardaş xalqdır. Əminəm ki, dövlətlərimiz arasındakı dostluq münasibətləri bundan sonra da xalqlarımızın rifahı naminə dinamik inkişaf edəcək və bütün Qafqaz regionunda sabitliyinin möhkəmlənməsinə yardımçı olacaq”, - deyə rusiyalı deputat təbrik məktubunda qeyd edib. 




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info