ATGTİ nümayəndələri Rusiyada keçirilən seminarda iştirak ediblər
Tarix: 17.10.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının paytaxtı olan Nalçin şəhərində “Tələbə idmanı sahəsində gənclərin mübadilə inkişafı” üzrə MDB ölkələri arasında beynəlxalq seminar keçirilib.
Kabardin-Balkar Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən seminarda Dağıstan, Belarusiya, Çeçenistan, Şimali və Cənubi Osetiya, Qazaxıstan, Abxaziya və Həştərxandan olan bir sıra nümayəndələr iştirak edib. Həmçinin keçirilən tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndə heyəti - Beynəlxalq əlaqələr departamentinin əməkdaşları Ramiz Allahverdiyev, Hafiz Məmmədov və Arif Məmmədov iştirak edib.
Həmçinin seminarda Rusiya Federasiyası Təhsil və İdman Nazirliyinin nümayəndələri və bir sıra ali təhsil müəssisələri – təşkilatlarının nümayəndələri də iştirak ediblər. ATGTİ nümayəndələri çıxışlarında ölkəmizdə idmana göstərilən qayğı, tələbələrin beynəlxalq idman tədbirlərində rolu, İlk Avropa Oyunları və 4-cü İslam Oyunları kimi irimiqyaslı tədbirlərdə tələbələrin iştirakı, təhsil müəssisələrində idman sahəsinin müasir texnologiyalarından bəhs ediblər.
Qeyd edək ki, Beynəlxalq seminar Rusiya Federasiyasının Təhsil Nazirliyinin “Tələbə Təşkilatlarının Fəaliyyəti” proqramı çərçivəsində təşkil edilib. Tədbir təhsil müəssisələrində tələbələrin idman fəaliyyəti üzrə beynəlxalq miqyasda təcrübə mübadiləsi məqsədini daşıyırdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib
16.01.2019
Baş prokurorun Şamaxıda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
16.01.2019
SOCAR: Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə olunub
16.01.2019
Hərbi hissələrdə təhlükəsizlik tədbirləri görülüb
16.01.2019
“Azəriqaz” hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info