Əlillərin Ukraynada müalicəsi ilə bağlı imkanlar müzakirə olunub
Tarix: 17.10.2016 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Ukraynada səfərdə olub.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,
səfər əlillərin ixtisaslaşmış bərpa müalicəsində bu ölkənin sanator-müalicə müəssisələrinin imkanlarından istifadə ilə bağlı əməkdaşlıq məsələlərinin müzakirə edilməsi məqsədini daşıyıb.
 
Ukraynada keçirilən görüşlər zamanı N. Məmmədov ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin kompleks tibbi-sosial və peşə reabilitasiyasının təmin edilməsi sahəsində aparılan işlər barədə məlumat verib. Nazir müavini əlillərin reabilitasiya potensiallarının reallaşdırılması üçün bərpa-müalicə sisteminin daim təkmilləşdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, əlillərin ölkə daxilində bərpa müalicəsi xidmətləri ilə təminatı ildən-ilə gücləndirilməklə yanaşı, onların xarici ölkələrdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili işləri də davam etdirilir. Ötən il və cari ilin 9 ayında nazirlik tərəfindən ümumilikdə 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə, səmərəli fizioterapevtik bərpa-müalicə üsullarının tətbiq edildiyi müəssisələrdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil olunub. N. Məmmədov bildirib ki, bu sahədə əlillərin reabilitasiyası üzrə uğurlu təcrübəyə malik müəssisələrin olduğu ölkələrlə əməkdaşlıq həyata keçirilir. Eyni zamanda ötən dövrdə əlillərin ixtisaslaşmış bərpa müalicəsi ilə bağlı Ukrayna ilə də əməkdaşlıq təcrübəsi vardır.
 
Görüşlər zamanı əlillərin reabilitasiyası sahəsində əməkdaşlığın davam etdirilməsi, əlillərin ixtisaslaşmış bərpa müalicəsi sahəsində Ukraynanın Truskavets kurort şəhərindəki sanator-müalicə müəssisələrinin imkanlarından istifadə edilməsi məsələləri müzakirə edilib.
 
Nümayəndə heyəti Truskavets şəhərindəki sanator-müalicə müəssisələrində bərpa müalicəsi sahəsində mövcud olan şəraitlə, tətbiq olunan reabilitasiya proqramları ilə yaxından tanış olub. 
Tural




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
“İşsizin DOSTu” layihəsi 33 mindən çox vətəndaşla əmək müqaviləsi bağlayıb
18.04.2019
Zorakılıq, mənəvi-psixoloji təzyiq hallarına məruz qalan uşaqlar üçün Qaynar xətt yaradılır
18.04.2019
Əlil arabası ilə təmin olunmaq üçün müraciət proseduru sadələşdirilir
18.04.2019
Azərbaycanda bu sahədə çalışanlar daha yüksək maaş alır
17.04.2019
“Express Bank“ işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info