Bərdədə 3099 ton məhsul tədarük edilib
Tarix: 17.10.2016 | Saat: 21:23:00 | E-mail | Çapa göndər


Uzun fasilədən sonra bu il Bərdə rayonunda ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq yenidən dirçəlməyə başlayıb. Əgər ötən il rayon ərazisində 1162 hektarda pambıq əkilmişdisə, bu il 3003 hektarda “ağ qızıl” becərilib. Düzgün aqrotexniki qulluq sayəsində tarlalarda bol məhsul yetişib.
Hazırda Bərdə rayonunda pambıq yığımının qızğın çağıdır. Pambığın qısa müddətdə və itkisiz yığılması üçün lazımi tədbirlər görülür. Pambıq həm əl əməyi, həm də maşınlarla yığılır.
Rayon Statistika İdarəsindən verilən məlumata görə, bu günədək 3099 ton məhsul tədarük edilib. Yığılan pambıq “MKT İstehsalat Kommersiya” MMC-nin rayon filialına və “CTS Aqro” MMC-nin Bərdə pambıq istehsalı və emalı zavoduna təhvil verilir.
Qeyd edək ki, sovet dönəmində Bərdə pambıqçılıq sahəsində respublikamızın ən qabaqcıl rayonlardan idi. 1981-ci ildə rayonda 28 min hektar pambıq tarlasından 126 min tona yaxın məhsul tədarük edilmişdi. Lakin 1990-cı illərdən başlayaraq bu sahəyə olan maraq azalmışdı. Dövlətimizin başçısının tapşırıq və göstərişləri nəticəsində artıq rayonda pambıqçılıq yenidən inkişaf dövrünə qədəm qoyub. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı pambıq istehsalını artırmaq üçün stimul yaradır. Pambıqçılığın inkişafı istiqamətində görülən tədbirlər sayəsində gələn il 8000 hektarda pambıq əkilməsi nəzərdə tutulur. Bərdə zəhmətkeşlərinin yekdil fikri pambıqçılıqda əvvəlki şöhrəti qaytarmaqdır.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10487

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info