Maliyyə Nazirliyini əməkdaşları tələbələrlə görüşüb
Tarix: 17.10.2016 | Saat: 21:52:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi əməkdaşlarının Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin tələbələri ilə görüşü keçirilib.
Görüşdə İqtisad fakültəsinin dekanı, dosent Mehdi Bağırov çıxış edərək vurğulayıb ki, sözügedən sərəncam ali təhsilin inkişafı, peşəkar kadr hazırlığı, tələbələrin ixtisasa praktiki baxımdan daha mükəmməl yiyələnmələri məqsədi ilə qəbul edilən və artıq öz real nəticələrini verən mühüm sənəddir. Dekan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat və Maliyyə nazirliklərinin fakültəyə uğurla hamilik etmələrindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün müvafiq nazirliklərdə hərətərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin aparıcı məsləhətçisi Ramil Hüseynov “Büdcə sistemi və onun formalaşması prosesi” mövzusunda məruzəsi dinlənilib. Prezentasiya xarakterli məruzədə müxtəlif vergilərin, rüsumların və digər ödənişlərin bir mənbədə toplanması və xərclənməsi barədə ölkənin bir il üçün əsas maliyyə sənədi olan büdcənin təşkili və onun iqtisadiyyata təsiri, Naxçıvan Muxtar Respublikasının büdcəsinin tərtibi, təsdiqi, icrası və icrasına nəzarət barədə məlumat verilib.
Nazirliyin Dövlət Aparatının və Hüquq-Mühafizə Orqanlarının Maliyyəçi şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının Əməkdar dövlət qulluqçusu, iqtisad üzrə fəlsəfə doktoru Bülqeyis Novruzova “Büdcə vəsaitərinin xərclənməsi” adlı məruzəsində Azərbaycan Respublikasının dövlət büdcəsi xərclərinin tərkibi və quruluşu, iqtisadi inkişaf üzrə büdcə xərclərinin sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, ticarət, əsaslı tikinti və s. sahələrə, eləcə də qeyri-istehsal və xüsusilə sosial müdafiənin inkişafına yönəldilməsi bardə məlumat verib.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info