Qvardiola “Nou Kamp”a qonaq gəlir
Tarix: 17.10.2016 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Bu gün Çempionlar Liqasında (ÇL) III turun həyəcanına start veriləcək. İlk oyun günündə E, F, G və H qruplarının matçları baş tutacaq. E qrupunda ilk 2 turdan sonra aktivində 4 xal olan və turnir cədvəlinə başçılıq edən “Monako” səfərdə MOİK-in qonağı olacaq.
Qrupun digər matçı olan “Bayer” - “Tottenhem” görüşünün daha gərgin keçəcəyi istisna deyil. İlk 2 turdan sonra “Bayer”in hesabında 2, “Tottenhem”in aktivində isə 3 xal var. Qalib gələn tərəf digər görüşün nəticəsindən asılı olaraq, liderliyi ələ keçirə bilər. F qrupunda Madrid “Real”ını asan oyun gözləyir. “Legiya”nı qəbul edəcək “kral klubu”nun bu görüşdə rahat qələbə qazanacağı ehtimal olunur. Zinəddin Zidanın komandası “Betis”lə çempionat matçında olduğu kimi, yenə azarkeşlərini bol qollu qələbə ilə sevindirmək arzusundadır. “Real”la birlikdə 4 xal toplayan “Borussiya” isə Portuqaliyaya səfər edəcək. Belə ki, dortmundlular ötən tur “qalaktikos”un çətinliklə məğlub etdiyi “Sportinq”in qonağı olacaqlar. Son İngiltərə çempionu “Lester” ÇL-dəki növbəti görüşünü “Kopenhagen”ə qarşı keçirəcək. İlk 2 oyunda qələbə qazanan “tülkülər” uğurlu seriyanı danimarkalılarla matçda da davam etdirmək arzusundadılar. G qrupunun digər oyununda isə “Brügge” və “Porto” üz-üzə gələcək. H qrupunda “Yuventus”u çətin Fransa səfəri gözləyir. “Qoca sinyora” “Lion”la qarşılaşmadan 3 xalla ayrılmaq üçün xeyli tər tökməlidi. Digər görüşdə isə “Sevilya” Zaqrebdə yerli “Dinamo” ilə qarşılaşacaq. İkinci oyun günündə A, B, C və D qruplarında III turun oyunları keçiriləcək. A qrupunda “Arsenal”ın “Ludoqorets”, PSJ-nin isə “Bazel”lə matçda çətinliklə üzləşəcəyi inandırıcı görünmür. Türkiyənin ÇL-dəki yeganə təmsilçisi olan “Beşiktaş”ı ağır İtaliya səfəri gözləyir. “Qara qartal” ilk 2 oyunda heç-heçə edərək, hələ ki, qələbə qazana bilməyib. “Napoli” ilə oyunda bu istəyi həyata keçirmək isə İstanbul təmsilçisinə asan başa gəlməyəcək. Qrupun digər görüşündə Kiyev “Dinamo”su “Benfika”nı qəbul edəcək. Turun mərkəzi qarşılaşması C qrupunda baş tutacaq. Belə ki, itkisiz irəliləyən “Barselona” öz meydanında “Mançester Siti” ilə üz-üzə gələcək. Bu isə o deməkdi ki, “şəhərlilər”in çalışdırıcısı Xosep Qvardiola yenidən rəqib qismində “Nou Kamp”a ayaq basacaq. Qvardiolaya sabiq klubu “Bavariya”nın baş məşqçisi kimi də adıçəkilən arenaya qonaq qismində çıxmaq qismət olub. Digər qarşılaşmada isə “Seltik” Mönhenqladbax “Borussiya”sını qəbul edəcək. D qrupunun lideri “Atletiko” “Rostov”un qonağı olacağı halda, “Bavariya” öz meydanında “PSV Eyndhoven”i sınağa çəkəcək.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
15.01.2019
“Barselona” ötən il futbolçulara 562 milyon avro pul ödəyib
15.01.2019
Unai Emeri Məsut Özildən imtina edib
15.01.2019
Gimnastika Federasiyası ilin ilk dünya kuboku yarışlarına hazırlaşır
14.01.2019
Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


16.01 08:19 “Gənclərin sosial dünyası” layihəsinin təlimlərinə start verilib Azərbaycan Respublikasının Gənclər Fondunun (AZGF) maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi və Turqut Əlibəylinin rəhbərliyi ilə “Gənclərin sosial dünyası” layihəsinin ilk təlimi keçirilib. AZƏRTAC Gənclər Fondunun saytına istinadla xəbər verir ki, layihənin əsas məqsədi gənclərdə internet mediaya marağın artırılması və onlara sosial şəbəkələrdən düzgün istifadə qaydalarının aşılanmasıdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihə rəhbəri T.Əlibəyli bildirib ki, asudə vaxtlarının böyük hissəsini sosial şəbəkələrdə keçirən gənclər faydalı səhifələrdən istifadə etməklə daha geniş dünyagörüşünə sahib olmaları üçün çalışacaqlar. Təlimin ilk günündə şəhərin müxtəlif təhsil müəssisələrində təhsil alan gənclər iştirak ediblər. Təlimçi Rəşad Qurbanov gənclərə sosial şəbəkələrlə bağlı məlumat verib və onların suallarını cavablandırıb. Həmçinin sosial şəbəkələrin faydalı tərəfləri, xüsusən “Facebook”dan istifadə qaydaları haqqında iştirakçılara praktiki məlumatlar verib. Layihə çərçivəsində 3 təlim nəzərdə tutulub.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info