“Mosulun azad edilməsi üzrə əməliyyat başlanıb“
Tarix: 17.10.2016 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


İraqda Mosul şəhərinin terrorçulardan azad edilməsi üzrə əməliyyat başlanıb. “AFP” agentliyinin xəbərinə görə, bunu İraqın baş naziri Heydər əl-Abadi bəyan edib. “İkiillik mübarizəmiz sona çatır. Qələbə yaxındadır! Bu ölkəmizin, İraq xalqının böyük qələbəsi olacaq”, deyə H.əl-Abadi bildirib.
İraqın sayca ikinci ən iri şəhəri olan Mosul 2014-cü ilin iyunundan etibarən “İŞİD” silahlılarının nəzarəti altındadır. İraq və ABŞ hərbi qüvvələri “İŞİD”-in nəzarətində olan Mosul şəhərinə artilleriya zərbələri endirməyə başlayıb. Əraziyə beynəlxalq koalisiyaya məxsus aviasiya cəlb olunub. İraq Hərbi Hava Qüvvələri Mosula hücumla bağlı sakinləri xəbərdar etmək üçün şəhərə minlərlə vərəqə atıb. Mosul sakinlərindən evlərini tərk etməmək, “İŞİD” terror təşkilatının mövqelərinə yaxınlaşmamaq tövsiyə edilib. "Sky News Arabia" telekanalının məlumatına görə, “İŞİD”-ə qarşı quru əməliyyatda 60 min hərbçinin iştirakı nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info