Ərdoğan ABŞ-a xəbərdarlıq etdi
Tarix: 17.10.2016 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


“Türkiyəyə deyirlər ki, Mosula girmə. Necə girməyək? İraqla 350 km sərhədimiz var, heç İraqla əlaqəsi olmayanlar oradadır. Guya onlara rəsmi Bağdad “gəl” deyib, bizə yox. Bəs “gəl” demədikləri zaman gələnlərə nə deyəcəklər? 15 il əvvəl Səddam bunlara “gəl” demişdi?”.
NTV telekanalının məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Beynəlxalq Hüquq Konqresində çıxışında söyləyib. Ərdoğan bildirib ki, Türkiyə Mosul əməliyyatında da, əməliyyatdan sonra masada da olacaq: “Çünki orada bizim üçün bir tarix var. Kimsə bizdən Başika düşərgəsini tərk etməyimizi gözləməsin. Məsələ terror təşkilatına qarşı mübarizədirsə, əvvəldən biz bu mübarizəni aparırıq. Mosullu qardaşlarımızı, o cümlədən peşmərgələri “İŞİD”-ə qarşı hazırlayan bizik. Əks halda, bu gün Mosul əməliyyatında “İŞİD”-ə qarşı uğurlu mübarizə aparacaq qüvvələr olmazdı. Terror təşkilatlarına bir vasitə kimi yanaşan və dəstək verənləri qınayıram. Terror təşkilatları bumeranq kimidir, gec-tez onlardan istifadə edənləri də vurur. Birgə əməkdaşlıq olmadan terrora qarşı səmərəli mübarizə aparmaq mümkün deyil”. Türkiyə prezidenti bildirib ki, Türkiyə PKK-nı dəfələrlə məğlub edib, ancaq İraqdakı, Suriyadakı düşərgələrdə yetişdirilən yeni terrorçular Türkiyəyə göndərilir: “Bir çox ölkə PKK terror təşkilatına dəstək verir. PKK bir çox Avropa ölkəsində çadırlar qurur, milyonlarla vəsait toplayır. Strasburqda, Brüsseldə PKK-nın ofisləri var, rahatlıqla vəsait toplayırlar. Avropa İttifaqı PKK-nı terror təşkilatı kimi tanıyır, ancaq onlara şərait yaradır. Almaniyanın baş nazirinə “G-20” sammitində 4 min sənəd verdim. İstanbula gələndə soruşdum ki, o sənədlərin taleyi necə oldu. Dedi ki, sənədlərin sayı 4500-ə çatdı. Hüquq belə olarsa, terrora qalib gəlmək mümkün deyil. “İŞİD” bəhanə edilərək, Suriya və İraqda böyük faciələr törədilir. 6 ildə Suriyada 600 min insan həyatını itirib. “Fərat qalxanı” əməliyyatı çərçivəsində Cerablusun azad edilməsi göstərdi ki, qısa müddətdə özümüz bu problemi həll edə bilərik. Türkiyənin israrla Mosul əməliyyatından kənarda tutulması orada məzhəb savaşının qarşısını ala biləcəyimiz üçündür. Məzhəb savaşının qarşısını alacağı üçün Türkiyəni Mosul əməliyyatından kənarda saxlamağa çalışırlar”. Ərdoğan Suriyanın PKK qolu olan PYD-yə verilən silahların bir qisminin PKK tərəfindən Türkiyəyə qarşı istifadə edildiyini vurğulayıb: “Bu anlayışla terrorla mübarizə aparmaq mümkündürmü? Fətullahçı Terror Təşkilatının rəhbəri Fətullah Güləni istədik, ABŞ isə öz hüquq sistemini əsas gətirərək terror təşkilatının rəhbərini təhvil vermir. Bir ölkənin hüquq sistemi terrorçuların liderini qoruya bilərmi? “Əl-Qaidə” ABŞ-da terror aktı həyata keçirərkən ABŞ-ın hüquq sistemi yox idi? ABŞ Üsamə bin Ladeni Pakistanda hansı hüquqla vurdu? İraq və Əfqanıstanda necə əməliyyatlar həyata keçirdi? Əgər bu gün ABŞ belə davranarsa, sabah başqalarına deməyə bir sözü olmaz”. Ərdoğan ABŞ-a xəbərdarlıq edib: “Münbiç əməliyyatında bizə söz verdiniz. PYD-YPG terror təşkilatının ora girməyəcəyini dediniz. Verdiyiniz sözü tutun. Oranın 95 faizi ərəbdir. Bu səhər mesajımız çatdırıldı. Əgər oranı PYD-YPG-dən azad etməsəniz, sizinlə ortaqlığımız bitər. Strateji ortağıq, amma bizimlə yox, terror təşkilatı ilə hərəkət edirsiniz”.






 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info