Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
Tarix: 18.10.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib. İclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ötən ay yüksək demokratik standartlar səviyyəsində keçirilmiş referendumun ölkəmizin gələcək inkişafı, insan hüquqlarının daha etibarlı təminatı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib.
Məhkəmə-Hüquq Şurasından bildiriblər ki, Konstitusiyaya dəyişikliklər haqqında Referendum Aktının böyük vətəndaş həmrəyliyi ilə qəbul edilməsinin dövlət başçısına olan yüksək inam və ümumxalq etimadının növbəti təzahürü olduğu xüsusi vurğulanıb. Qeyd edilib ki, Konstitusiyaya dəyişikliklər məhkəmə hakimiyyətinin fəaliyyətinə də müsbət töhfə verəcək, o cümlədən hakimliyə namizədlərə dair yaş həddinin götürülməsi gənclərin məhkəmə hakimiyyətində daha geniş təmsil olunmasına şərait yaradacaq. İclasda, hakimlər barədə intizam icraatlarına baxılaraq, kobud qanun pozuntularına və korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Akşin Əfəndiyevin tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudova və Zaqatala Rayon Məhkəməsinin hakimi Arif İsmayılova töhmət verilməsi barədə qərarlar qəbul edilib. Bundan başqa, vətəndaşların haqlı narazılığına səbəb olan ciddi nöqsanlara, o cümlədən süründürməçilik hallarına yol verdiyinə görə bir hakim barədə intizam icraatı başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info