“ABAD” mərkəzlərinin yaradılması prosesinə başlanılıb
Tarix: 18.10.2016 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşı OECD-nin seminarında iştirak edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki, dosent Ramil Hüseyn İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dəvəti ilə 10-13 oktyabr 2016-cı il tarixlərində İtaliyanın Venesiya şəhərində keçirilən "Kiçik və Orta Sahibkarlığının rəqabətqabliyyətliyinin artırılması islahatlarına dəstək" mövzusunda seminarda iştirak edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “Palitra”ya verilən məlumatda qeyd edilir ki, seminar çərçivəsində iştirakçılar İtaliyanın Şimal Şərq Regionunda yaradılanan şərabçılıq klasterinin və Venesiya şəhərinin yaxınlığındakı VEGA Elm və Texnologiya Parkının fəaliyyəti ilə tanış olmuşlar. Rəsmi şəxslərdən İtaliyada kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı görülən işlər barədə məlumat alıblar. İİTKM-nin analitiki seminar zamanı aparılan müzakirələrə qatılıb və Azərbaycanda bu sahədə aparılan islahatlar barədə iştirakçıları məlumatlandırıb. O, OECD-nin nümayəndələri ilə görüşlərdə Azərbaycanda hazırlanan milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərindən birinin kiçik və orta sahibkarlıq səviyyəsində istehlak malları istehsalı və digər istehsalat olduğunu vurğulayıb. Qeyd edib ki, bu faktın özü kiçik və orta sahibkarlığın inkişafına xidmət edəcək. Eyni zamanda Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılmasıda kiçik və orta sahibkarlığa yeni imkanlar yaradacaq. OECD təmsilçilərinin nəzərinə çatdırılıb ki, Azərbaycanda sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” mərkəzlərinin yaradılması prosesinə başlanılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info