Azərbaycan məhsullarının elektron satışını təşkil edəcək saytlara ehtiyac var
Tarix: 18.10.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Belə saytlar istehlakçıların bazarları gəzmədən təzə və təbii məhsulu birbaşa istehsalçıdan almasını təmin edir

Ölkəmiz meyvə və tərəvəz istehsalında çox əhəmiyyətli bir potensiala malikdir. İqlim xüsusiyyətlərinə görə, bir çox Qərb ölkəsində yetişməyən meyvə və tərəvəz növləri, yurdumuzda ən təbii şəkildə, bol miqdarda yetişir.
Bu gün dünya meyvə istehsalı təxminən 500 milyon ton, tərəvəz istehsalı təxminən 700 milyon tondur. Qonşu Türkiyə isə meyvə istehsalında dünyada doqquzuncu, tərəvəz istehsalında isə dördüncü yerdədir. İstehsalçılarımız əsrlərdir nəsildən - nəslə keçməklə bu meyvə və tərəvəz istehsalında böyük təcrübə əldə ediblər. Bununla yanaşı, az xərclə keyfiyyətli məhsul əldə etmək və istehsal miqdarını artırmaq üçün davamlı işlər aparılır. Daxili və xarici bazardakı rəqabət, keyfiyyəti daha da artırmağı, ən yaxşını, ən gözəl şəkildə və uyğun qiymətlə bazara təqdim etməyi tələb edir. Qablaşdırma zamanı bağlarda və tarlalarda toplanan məhsullar təmizlənir, qablaşdırılır, uyğun şəkildə saxlanılaraq istehlakçıya təqdim edilir.
Bununla yanaşı, bu gün dünyada internetdə təzə, təbii meyvə və tərəvəz məhsullarının satışı ilə məşğul olan e-ticarət saytlarının sayı gündən-günə artır. Təbii şərtlərdə yetişdirilən məhsulları şəhərlərdəki istehlakçıya praktik bir şəkildə çatdıran bu platformalar təxmin ediləndən daha çox maraq görməkdədir. Bu saytlar, istehlakçıların yorucu bir iş gününün ardından bazarları gəzməyə gərək qalmadan ən təzə və təbii məhsulu birbaşa istehsalçıdan almasını təmin edir. Təbii və mövsümündə yetişdirilən meyvə-tərəvəzi tarladan yığdıqdan və ya istehsalçıdan aldıqdan yalnız bir gün sonra istehlakçının qapısına qədər gətirir. İstehsalçılar, mövsümünə görə fərqli bölgələrdən seçilir. Bu gün ABŞ və Avropada başda “Amazon” olmaq üzrə bir çox sayt, internet üzərindən meyvə-tərəvəz satışı aparır. Dünyada bu kateqoriyadakı ilk nümunə “Webvan.com” olub. Bundan başqa, “Hellofresh.com”, “Dinnr.co.uk”, “Blueapron.com”, “Farmingo.com” dünyada bu seqmentdə satış aparan saytlar arasında yer alır. Türkiyədə də bu sahədə mövcud bir sıra saytlarla yanaşı, istehlakçıya birbaşa xidmət edən bir başqa sahə olaraq B2B, yəni müəssisələrə istiqamətli qida tədarükü xidməti verən internet şirkətləri də var.
Bu istiqamətdə fəaliyyəti daha da artırmaq məqsədilə Türkiyədə yaş meyvə və tərəvəz sektoru, "virtual marketinq" hücumu başladıb. Ege Yaş Meyvə Tərəvəz İxracatçıları Birliyi, 300 üzvünün məlumatını, virtual bazar olan “aegeanfreshness.com” ünvanında yayımlayacaq. Birlik sədri Rza Səyyar, 170 ölkənin süfrələrini Ege bölgəsindən gedən meyvə, tərəvəz məhsullarının bəzədiyini, bu internet saytı ilə ölkə sayını və ixrac rəqəmini artırmağı hədəflədiklərini qeyd edib. Qeyd edək ki, bu gün ölkəmizdə də meyvə və tərəvəz satışı ilə bağlı yeniliklərin tətbiqinə çalışırıq. Bu istiqamətdə atılan addımlardan biri kimi məhsul sahibindən istehlakçıya təqdimat ilk addımdır. Digər tərəfdən soyuducu anbarların yaradılması da məhsulların qorunub saxlanılaraq istehlakçıya çatdırmağa imkan verir. Eyni zamanda bu məhsulların ixracını daha da artırmağa imkan verir. Bu gün bir faktdır ki, biz öz məhsullarımızın xarici bazarlara çıxarılmasına, brendə çevrilməsinə çalışırıq. Hazırda bu sahədə dünyada tətbiq olunan üsullardan biri də məhz internet saytlarıdır. Bununla məhsullarımızı nəinki ölkə daxilində, eləcə də xaricdəki alıcıya tanıda bilərik. Bunun üçün isə bu sahədə saytların fəaliyyətinə ehtiyac var.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info