Nüfuzlu “El Peruano” qəzetində ölkəmiz haqqında məqalə dərc olunub
Tarix: 18.10.2016 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Perunun çoxsaylı oxucu kütləsinə malik “El Peruano” qəzetində Azərbaycan haqqında “Müstəqillikdə 25 il” adlı məqalə dərc edilib.
Azərbaycanın Peruda diplomatik nümayəndəliyindən bildirilib ki, müstəqilliyimizin bərpasının 25 illiyinə həsr olunan məqalədə müasir ölkəmizin 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olub. Cəmi 18 ay ömrü olsa da Azərbaycan Xalq Cümhuriyyəti o dövrdə öz demokratik prinsiplərinə görə bir sıra Avropa dövlətlərini qabaqlayıb, respublika parlamenti qadınlara kişilərlə eyni hüquq bərabərliyi verib.
Məqalədə yazılıb ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra ötən 25 il ölkədə suverenliyin və müstəqilliyin bərpası uğrunda mübarizə, dərin dəyişikliklər, dövlət quruculuğu, iqtisadi inkişaf və beynəlxalq aləmə inteqrasiya dövrü olub. Bu gün Azərbaycanın beynəlxalq arenada fəal iştirakçı kimi daha nüfuzlu mövqe qazandığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycan energetika, nəqliyyat, informasiya texnologiyaları, rabitə və digər sahələrdə iri layihələrin həyata keçirilməsinin əsasını qoyanlardan biridir və dünyada etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan multikultural dəyərlərə malik, mədəniyyətlər arasında körpü rolu oynayan, beynəlxalq dialoqların inkişafına təsir göstərən, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində vasitəçilik edən ölkədir.
Yazıda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının qərarları Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan tərəfi hələ də buna məhəl vermir. Son iyirmi ildə münaqişənin sülh yolu ilə həll edilməsi uğrunda beynəlxalq birliyin bütün səylərinə baxmayaraq, vəziyyət dəyişməz qalır. Qeyd edilib ki, Azərbaycan tərəfi məsələnin sülh yolu ilə həllinə çalışır. Azərbaycan ümid edir ki, beynəlxalq birlik Ermənistanın hazırkı siyasətini adekvat qiymətləndirəcək və ədaləti bərpa etmək uğrunda, gələcəkdə belə faciələrin baş verməməsi üçün qəti və səmərəli tədbirlər görəcək.
Məqalədə yazılıb ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən xarici siyasəti və bunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə respublika Şərq ilə Qərb arasında körpü rolu oynayır.
Sonda vurğulanıb ki, müstəqilliyinin 25 illiyini qeyd edən Azərbaycan Respublikası iqtisadi siyasət, sosial sabitlik, inkişaf etmiş beynəlxalq və mehriban qonşuluq münasibətləri sayəsində sabit, multikulturalist, sülh və əmin-amanlıq şəraitində inkişaf edən müasir ölkə kimi tanınır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər
18.01.2019
İran ABŞ-dan Press TV-nin jurnalistini təcili azadlığa buraxmağı tələb edir
17.01.2019
Xaricdəki soydaşlarımız 20 Yanvar şəhidlərinin ildönümünü qeyd edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info