Saatlının kəndlərinə təbii qaz verilib
Tarix: 18.10.2016 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında müəyyən edilən tədbirlərə müvafiq olaraq, Saatlı rayonunun Əbilkənd və Cəfərxan kəndlərinə təbii qaz verilib.
Ümumilikdə 1545 nəfər əhalinin yaşadığı kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 16 min 623 metr müxtəlif diametrli metal və polietilen borularla paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib. Əbilkənd kəndində 188, Cəfərxan kəndinə isə 109 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndlərə “mavi yanacağ”ın verilməsi münasibətilə Cəfərxan kəndində keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov son illər rayonda həyata keçirilən irimiqyaslı layihələrdən söz açıb, Əbilkənd və Cəfərxan kəndlərinə qısa müddətdə qazın verilməsini regionların sosial-iqtisadi inkişafına yönələn dövlət siyasətinin real nəticəsi kimi dəyərləndirib. Qeyd olunub ki, son il yarımda rayonun 18 kəndi qazlaşdırılıb. Artıq 43 kənddən 25-nə “mavi yanacaq” verilib. 8 yaşayış məntəqəsində isə qaz xətlərinin çəkilişi başa çatmaq üzrədir. Yaxın günlərdə bu kəndlərə də təbii qaz veriləcək. Bununla da rayonda qazla təmin olunan yaşayış məntəqələrin sayı 33-ə çatacaq.
Kənd sakinləri Dövlət Müstəqilliyi günündə yaşayış məntəqələrinin “mavi yanacaq”la təmin edilməsinin onlar üçün ikiqat bayram olduğunu bildirib, diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda rəmzi məşəl yandırılıb, evlərə təbii qazın verilməsinə baxış keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Aİ nümayəndələri Naxçıvanda fiziki məhdudiyyətli uşaqlarla görüşüblər
23.09.2018
Naxçıvan Biznes Mərkəzində avropalı diplomatların sahibkarlarla görüşü olub
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info