Kempo üzrə 2-ci Avrasiya çempionatı başa çatdı
Tarix: 18.10.2016 | Saat: 16:25:00 | E-mail | Çapa göndər


Bakı növbəti möhtəşəm idman yarışına ev sahibliyi etdi. ”Şağan Olimpia idman Kompleksin”də keçirilən “Kempo” üzrə Avrasiya çempionatında dünyanın müxtəlif ölkələrindən idmançılar öz məharətlərini göstəriblər. Kempo üzrə Avrasiya çempionatı 16.10.2016-cı il tarixində 2-ci dəfə Azərbaycanda baş tutmuşdu. Çempionat Gənclər və İdman nazirliyinin,Bakı şəhər Gənclər və İdman baş idarəsinin və Şərq əlbəyaxa Döyüş Növləri Federasiyaları Assosasiyasının razılığı ilə və "Toğrul"idman klubunun təşkilatçılığı ilə keçirilmişdir. Beynəlxalq yarışda 24 klubdan 220-ə yaxın idmançı öz güclərini sınayıb. Xarici ölkələrdən Gürcüstan, Rusiya və İran idmançıları da iştirak etmişdilər. Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov bu cür dünya miqyaslı yarışların ölkəmizə gətirilməsinə Azərbaycanın sürətli iqtisadi inkişafının idman yarışlarına birbaşa təsirinin nəticəsi ilə əlaqəli olduğunu deyib. Rauf İbrahimov deyib ki, Bakının günü-gündən gözəlləşməsi idman yarışıları həvəskarlarına paytaxta izləmək şansını verir. Kempo üzrə 2-ci Avrasiya çempionatının hakimi Anar Heydərquliyev isə açıqlamasında “müxtəlif paytaxt yarışlarında, respublika birincilik və çempionatlarında, açıq turnirlərdə biz ildən-ilə artan rəqabəti görürük. Ölkə və paytaxt çempionatlarındakı rekordların sayı bunu deməyə əsas verir. Sevindirici haldır ki, kütləviliyin sayı da artır. Bu artım isə müstəqil respublikamızda idmana olan qayğının nəticəsidir” deyə bildirib. Yarışın informasiya dəstəyini Day.az, Trend.az, Milli.az saytları öz üzərinə götürmüşdü. Çempionatın televiziya yayımı isə İdman Azərbaycan televiziyası tərəfindən təşkil olunmuşdu. Qeyd edək ki, çempionat Kempo PRO,Kempo Full və Kempo Submission (Gi-NoGi) versiyaları üzrə keçirilmişdi.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Barselona“ “Sevilya“nı məğlubiyyətə uğradıb
23.02.2019
İngiltərə Premyer Liqası: “Tottenhem” səfərdə məğlub oldu
23.02.2019
“Mançester Siti” Emerik Laport ilə yeni müqavilə imzalayıb
22.02.2019
Rusiya Futbol İttifaqının yeni prezidenti məlum oldu
22.02.2019
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info