Ərdəbilli iş adamları sənaye zonalarına sərmayə yatırmağa dəvət edilib
Tarix: 18.10.2016 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxşin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan və İran dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin, imzalanan sənədlərin ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm əhəmiyyətini vurğulayıb. Azərbaycan-İran iqtisadi əlaqələri barədə danışan Şahin Mustafayev iki ölkənin bölgələri arasında da əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edib. Bildirilib ki, bu ilin yanvar-avqust aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artıb, Azərbaycan iqtisadiyyatına maraq göstərən İran şirkətlərinin sayı çoxalıb, enerji, nəqliyyat, kənd təsərrüfatı, turizm və səhiyyə sahələrində əlaqələrimiz uğurla davam etdirilir. Bununla belə, bu sahələrdə əlaqələrin inkişafı üçün böyük potensial var. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisi, ölkəmizdə İran şirkəti tərəfindən dərman istehsalı zavodunun tikintisi layihəsi üzrə işlər görülür. Neftçala Sənaye Zonasında Azərbaycan-İran birgə layihəsi olan avtomobil zavodunun təməlinin qoyulduğunu qeyd edən iqtisadiyyat nazirı İran şirkətlərini, eləcə də Ərdəbil vilayətindən olan iş adamlarını sənaye zonalarında yaradılmış əlverişli imkanlardan yararlanmağa dəvət edib. Görüşdə İran şirkətlərinin əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının imkanlarından da yararlana biləcəyi diqqətə çatdırılıb. İran İslam Respublikasının Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş Ərdəbil əyalətinin iqtisadiyyatı, o cümlədən infrastukturu, kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri barədə məlumat verib, Azərbaycanın Sumqayıt və İranın Ərdəbil şəhərlərinin qardaşlaşmasını təklif edib. Görüşdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edillib.

Anar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info