Yaponiya televiziyasında Azərbaycanla bağlı xüsusi veriliş yayımlanıb
Tarix: 18.10.2016 | Saat: 17:23:00 | E-mail | Çapa göndər


Yaponiyanın “World Investors TV” internet televiziyasında Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə və V Bakı Beynəlxalq Humanitar Forumuna həsr olunan xüsusi veriliş yayımlanıb.
Verilişin aparıcıları Kazuyasu İşida və xanım Hiroko Ueyama xalqımızı dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə təbrik ediblər. Qeyd olunub ki, respublikamız bu yubileyini müstəqillik illərində qazanılan böyük uğurlarla qeyd edir. Verilişin qonaqları Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Fuad Bağırov və Yaponiya-Azərbaycan Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər dövlət müstəqilliyinin bərpa olunması tarixindən, onun qorunması və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıblar. Qeyd edilib ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirib. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil olub. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı, himni və gerbi dövlət atributları kimi qəbul edilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın əsassız torpaq iddiaları nəticəsində yaranmış müharibə, dinc insanların erməni silahlı qüvvələri tərəfindən doğma ata-baba yurdlarından didərgin salınması, minlərlə soydaşımızın qətli və girov götürülməsi ölkəmizin dövlət müstəqilliyi qazanmasının digər respublikalardan əsas fərqlərindən biridir. Vurğulanıb ki, ötən dövrdə ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir.
Bildirilib ki, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının reallaşması üçün imkan yaradıb və Xəzər hövzəsində irimiqyaslı layihələrin uğurla həyata keçirilməsini təmin edib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin fəaliyyətə başlaması böyük strateji uğur və Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası yolunda həlledici amil olub.
1995-ci ildə müstəqil Azərbaycanın Konstitusiyasının qəbul edilməsi ilə ölkədə dövlət quruculuğu üçün zəruri hüquqi baza formalaşıb. Ölkəmizin daxili və xarici siyasət konsepsiyası beynəlxalq hüquq normalarına uyğun olaraq qurulub. Bu illər ərzində Azərbaycanda bütün istiqamətlərdə dövlət quruculuğu prosesi uğurla həyata keçirilib, dövlətçilik ənənələri zənginləşdirilib.
Verilişdə Azərbaycanın bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən bir ölkə olduğu xüsusi qeyd edilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artmaqdadır. Yeni infrastruktur formalaşır, beynəlxalq aeroportlar istismara verilir, minlərlə kilometr yol və müasir körpülər salınır.
Regionların inkişafı proqramı çərçivəsində böyük nailiyyətlər əldə edilib. Təhsil, səhiyyə, mədəniyyət və sosial həyatda qazanılan müvəffəqiyyətlərin miqyasının parlaq göstəricisi tikilən yüzlərlə məktəb, yeni tibb müəssisələri, mədəniyyət ocaqları, muzeylər, parklar, qurulan idman kompleksləri və olimpiya mərkəzləridir. Aparılan quruculuq və abadlıq işləri sayəsində bu gün Azərbaycan şəhərləri yeni görkəm alıb, şəhər və rayonlarımız ildən-ilə gözəlləşir. Ölkəmizin ərzaq təhlükəsizliyi təmin olunub, yeni iş yerləri açılaraq yoxsulluğun səviyyəsi bir neçə dəfə azaldılıb.
Qeyd edilib ki, Azərbaycan çoxsaylı uğurlara hələ də yaşadığı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi şəraitində nail olub. Beynəlxalq qurumların qəbul etdiyi qərar və qətnamələrə baxmayaraq ölkəmizin ərazi bütövlüyü indiyədək bərpa olunmayıb. Münaqişə öz həllini tapana qədər qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi təmin olunmaqdadır. Bu gün Azərbaycan ərazisində çadır şəhərciyi qalmayıb. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, evlər tikilib və bu istiqamətdə görülən işlər davam etdirilir.
Verilişdə xüsusi vurğulanıb ki, 25 illik inkişaf yolumuzun ən parlaq nəticəsi Azərbaycanın, sözün əsl mənasında, artıq tam müstəqil ölkə olmasıdır. Ölkəmizdə gerçəkləşdirilən siyasət daim Azərbaycan xalqının maraqlarına xidmət göstərir. Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir.
Verilişdə televiziyanın prodüseri Kazuyasu İşidanın şəxsən iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumu, bu beynəlxalq tədbirin əhəmiyyəti barədə də danışılıb. Qeyd edilib ki, belə irimiqyaslı, dünya ictimaiyyətini düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir. K.İşida bildirib ki, hazırda sülh problemi, humanizm məsələləri bəşəriyyəti ciddi şəkildə narahat edir və bunlar müxtəlif səviyyələrdə müzakirə olunur. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə təşkil edilən Bakı Beynəlxalq Humanitar Forumu, burada müzakirə olunan məsələlər yalnız hər hansı bir ölkə üçün deyil, ümumiyyətlə, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. K.İşida vurğulayıb ki, qədim tarixi, zəngin mədəniyyəti və dinamik inkişafı ilə dünyanın diqqətini cəlb edən Azərbaycanın bu təşəbbüsü təqdirəlayiqdir.
Forum çərçivəsində müzakirə edilən məsələlər sırasında AZƏRTAC-ın sədrliyi ilə keçirilən və müasir medianın problemlərinin müzakirəsinə həsr olunan panel barədə danışan K.İşida bildirib ki, sosial media mövzusu, onun ənənəvi jurnalistika ilə əməkdaşlığı müasir dövrün ən aktual mövzularındandır. Həmin paneldə aparılan müzakirələr problemin həllində mühüm əhəmiyyətə malikdir.
Verilişdə Azərbaycanın inkişafından bəhs edən videoçarx və V Bakı Beynəlxalq Humanitar Forumu barədə fotolar nümayiş olunub.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info