Boşanan şəxsə ailə və cəmiyyətin dəstəyi çox önəmlidir
Tarix: 18.10.2016 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Hər bir insan xoşbəxt olmaq üçün ailə həyatı qurur.Lakin bəzi hallarda həyat yoldaşı seçimində edilən səhvlər sonradan ailənin dağılmasına gətirib çıxara bilər. Buraya əsasən,iki şəxsin bir-birini yaxşı tanımaması, xarakter uyğunsuzluğu və s.problemlər aiddir. Odur ki, insan həyatda həyat yoldaşını düzgün seçməlidir və "ailə qurmaq xətrinə" ailə qurmamalıdır. Çünki,insanın xoşbəxtliyinin və bədbəxtliyinin 90 faizini məhz bu seçim təşkil edir.
Boşanma mürəkkəb bir prosesdir. Boşanmaların yaşadığımız cəmiyyətə mənfi təsirləri də çoxdur. Belə ki, boşanmalar nəticəsində cəmiyyətdə tənha insanların, depressiv şəxslərin, natamam ailələrin sayı artır. Belə insanlar bəzi hallarda ciddi psixoloji sarsıntılar keçirirlər. Belə ki, bu insanlarda özünəqapanma, özünü cəmiyyətdən təcridetmə, utanma hissləri müşahidə olunur. Belə insanlar heç kimlə ünsiyyət qurmaq istəmir, öz vəziyyətlərindən utanır, depressiya keçirir, çölə çıxmaq istəmir, tək qalmağa çalışırlar. Uğursuz evliliyin ardından qadın bir daha ailə qura bilməyəcəyini, artıq heç kimə güvənə bilməyəcəyini düşünür. Kişi isə əsasən,qadını ittiham edir, “qadın evliliyi davam etdirə bilmədi” düşüncəsində olurlar. Lakin sonradan tənhalıq kişiyə qadınlara nisbətən, daha çox mənfi təsir göstərir. Boşanmalar nəticəsində insanların özgüvəni də sarsılır.Təbii ki,boşanma arzuolunan bir hal deyil. Lakin bəzi hallarda boşanmalar labüd olur. Boşanma normal qarşılanmalı, faciə kimi qəbul olunmamalıdır. Bu səbəblə həyatın sonu olmadığı həm kişiyə,həm qadına xatırladılmalıdır.Boşanan şəxsə ailə dəstəyi çox önəmlidir. Həmin şəxsə çətin zamanlarda ata-ananın, bacı-qardaşın dəstəyi ona özünü daha güclü hiss etməyə imkan verəcək. Boşanma müddətində hər iki tərəfə psixoloji yardım göstərilməsi önəmlidir. Cəmiyyət də belə insanlara, xüsusən də boşanmanın erkən mərhələsində, çox həssas yanaşmalı, onların depressiyaya düşməsinə imkan verməməlidir.

Elnarə Bayramova
Psixoloq




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info