Yaxın illərdə Balakəndə əlavə olaraq 5 min hektarda yeni fındıq bağları salınacaq
Tarix: 18.10.2016 | Saat: 20:54:00 | E-mail | Çapa göndər


İqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edən Balakən rayonunda 2016-cı ilin ötən dövrü ərzində aqrar sahənin mövcud potensialının üzə çıxarılması, əkin sahələrinin, torpaqlardan istifadənin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində payızlıq taxıl və yazlıq bitkilərin əkin sahələri əvvəlki illə müqayisədə 10,5 faiz artıb. Hesabat dövründə rayonun kənd təsərrüfatından 51,1 milyon manat gəlir əldə edilib.
Bu barədə oktyabrın 18-də Balakəndə 2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məlumat verilib.
Hesabat məruzəsində bildirilib ki, qarğıdalı bitkisinin əkin sahəsinə görə Balakən rayonu bu il də respublikada birinci yerdə qərarlaşıb. 2016-cı ildə rayonun təsərrüfatlarında 7 min 244,5 hektar sahədə qarğıdalı əkilib. Bu günədək təsərrüfatlarda 35 min ton dən qarğıdalı istehsal olunub və hazırda məhsul yığımı davam etdirilir.
Qeyd olunub ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, son illərdə ilk dəfə olaraq rayonda yenidən tütün yetişdirilməsinə başlanılıb. Bu məqsədlə 310 istehsalçı ilə müqavilə bağlanılıb, 501 hektar sahədə “Virciniya” və “İtiyarpaq” növlü tütün əkilib. İndiyədək 1100 ton yaş, 65 ton quru tütün istehsal olunaraq emal müəssisələrinə təhvil verilib. Hazırda sahələrdə tütün yığımı davam edir.
Hesabat dövründə barama istehsalı sahəsində də zəruri işlər görülüb. “Şəki-İpək” ASC ilə bağlanmış müqavilə əsasında 3,3 ton yaş barama istehsal edilərək, müəssisəyə təhvil verilib. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə yaz aylarında rayon ərazisində 10 min tut tingi əkilib.
Rayonda meyvəçiliyin, xüsusilə intensiv bağçılığın inkişafına diqqət artırılıb, “RAYYAN” intensiz bağçılıq MMC-nin nəzdində ting təsərrüfatı yaradılıb. Son illərdə salınan və damcı üsulu ilə suvarılan 187 hektar meyvə bağında ekoloji təmiz meyvə istehsalına başlanılıb. Eyni zamanda, qərzəkli meyvə bağlarının salınması istiqamətində iş aparılıb, sahibkarlar tərəfindən Katex kəndində 3,5 hektar sahədə qoz bağı salınıb və damcı suvarma sistemi quraşdırılıb.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının ixracyönümlü və valyuta gətirən sahələrin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırığın icrasını təmin etmək məqsədi ilə Balakən rayonunda fındıqçılığın inkişaf etdirilməsi məqsədilə zəruri işlərə başlanılıb. Yaxın illərdə rayonda əlavə olaraq 5 min hektar sahədə yeni fındıq bağlarının salınması üçün dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlar müəyyənləşdirilib. Cari ildə 1500 hektar sahəyə fındıq pöhrələrinin əkilməsi planlaşdırılır. Hazırda sahələr əkinə hazırlanır.
Müşavirədə, həmçinin rayonda aparılan tikinti, təmir və abadlıq işləri barədə məlumat verilib, əhalinin təbii qaz, elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılması, vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması, səyyar qəbullar zamanı qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info