Həkimlərin işə qəbulu üzrə imtahan keçirilib
Tarix: 28.03.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycanda ilk dəfə olaraq həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan keçirildi. Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında təşkil olunan qəbul imtahanında iştirak etmək üçün həkimlərin sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb. Bir ay ərzində 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd verib. Azərbaycanda ilk dəfə olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan 2 gün təşkil olunacaq. İlk imtahan dünən baş tutub, digəri isə aprelin 2-də keçiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli jurnalistlərə açıqlamasında bildirdi ki, bu gün keçirilən ilk imtahanda 100 vakansiya uğrunda 27 ixtisas üzrə 110 nəfər namizəd mübarizə aparıb. Onun sözlərinə görə, digər namizədlər isə aprelin 2-də keçirilən imtahanda iştirak edəcək: “İmtahanda iştirak etmək üçün ən çox sənəd verilən ixtisaslar arasında pediatriya üstünlük təşkil edib. İşə qəbul olmaq istəyən namizədlərin çoxu Bakı şəhərində işləmək istəyir. Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50 suala cavab verəcəklər ki, bunun da 40-ı sırf ixtisasla, 10-u isə müvafiq qanunvericiliklə bağlı olacaq. Bu gün keçirilən imtahanın nəticələri yaxın saatlarda açıqlanacaq. Test imtahanında uğur qazanacaq namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Zamanla yeni vakansiyalar yarandıqca isə hər bir aydan bir imtahanların keçirilməsi planlaşdırılır. Belə ki, hər ay ərzində sənədlər toplanacaq və ayda bir dəfə imtahanlar keçiriləcək”. Qeyd edək ki, bu ildən etibarən “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
Nəhayət, dünən günorta saatlarında imtahanın nəticələri açıqlandı. Səhiyyə Nazirliyinin məlumatına görə, həkimlərin işə qəbulu ilə bağlı nəticələr saat 14:00-dan Sertifikasiya Komissiyanın binasında yerləşən monitorda asılıb. İşə qəbul olmaq istəyən namizədlər öz nəticələrini imtahan verdikləri Sertifikasiya Komissiyanın binasında yerləşən monitordan əldə edə bilərlər.

Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info