Rusiyanın siyasəti ABŞ-ın Suriya strategiyasını dəyişib
Tarix: 18.10.2016 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Rusiyanın müdafiə naziri Sergey Şoyqu Hələbdəki silahlı qruplaşmalara təsir göstərmək imkanı olan ölkələrə, yaraqlılara təsir etmək və şəhərdəki dinc əhalinin şəhəri tərk etməsinə şərait yaratmaq məqsədilə müraciət edib.
Bu barədə “RİA Novosti” xəbər verir. Rusiyanın Müdafiə Nazirliyi bəyan edib ki, oktyabrın 20-sində səhər saat 8-dən 16-ya qədər döyüşçülərin və mülki əhalinin şəhəri tərk etməsi üçün bombardmanı dayandıracaq. Şoyqunun sözlərinə görə, “humanitar fasilə”dən əvvəl hökumət qüvvələr Hələbdən kənara çəkilərək, döyüşçülərin şəhərdən çıxmasına şərait yaradacaqlar. Pentaqon rəsmilərinə istinad edən “Washington Post” nəşri yazıb ki, Rusiyanın Suriya siyasəti, əsasən də C-300 zenit-raket sistemlərinin yerləşdirilməsi ABŞ-ı Suriya ilə bağlı siyasətinə yenidən baxmağa vadar edib: “Rusiyanın Suriyada hava hücumundan müdafiə sistemlərini yerləşdirilməsi Obama administrasiyasını yeni qərarlar qəbul etmək məcburiyyətində qoyub. Belə ki, ABŞ qırıcılarının əvvəlki illərdən fərqli olaraq Suriyanın dövlət obyektlərinə zərbə endirmək şansı, demək olar ki yoxdur”. Qeyd edilir ki, iki ildən artıqdır ki, ABŞ qırıcılarının “İŞİD”-in nəzarətində olan əraziləri bombalaması “səssiz razılıqla” müşahidə edilirdi. Moskva və Vaşinqton arasında Suriyada qırıcıların bir-birindən uzaq məsafədə dayanması ilə bağlı razılıq var idi. Rusiya aviasiyasının dəstəyi ilə Suriya ordusunun əməliyyat keçirməyə hazırlaşması və ölkədəki münaqişənin həlli ilə bağlı diplomatik irəliləyişin olması ABŞ administrasiyasını yeni variantları nəzərdən keçirməyə məcbur edib. Bir daha xatırladaq ki, oktyabrın əvvəllərində Moskvanın Suriyada C-300 zenit-raket sistemlərini yerləşdirməsi ilə bağlı məlumat yayıldı. “Washington Post” nəşri bu sistemin 400 kilometr məsafədə təyyarə və qanadlı raketlərin vura bilmə imkanı barədə məlumat yaydıqdan sonra, Rusiya zenit-raket komplekslərinin effektivliyi ABŞ-ın hərbi ekspertləri arasında geniş mübahisə mövzularından birinə çevrildi. Onlar bu silahların regionda yerləşdirilməsindən “narahat olduqlarını” etiraf etmək məcburiyyətində qalıblar: “Onlar bizim qırıcıların C-300 sistemlərinin öhdəsindən gələ biləcəyinə əmin deyillər”. Yaranmış hazırkı vəziyyət ABŞ-ın Suriyada hökumətin hərbi infrastrukturlarından birinə hücumu hərbi qarşıdurmaya və iki supergüc arasında toqquşmaya gətirib çıxara biləcəyini deməyə əsas verir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçiriblər
26.09.2018
Türkiyənin təhlükəsizlik qüvvələrinin iki əməkdaşı şəhid olub
26.09.2018
BMT-nin Gənclik Təşkilatı İstanbulda yerləşə bilər
26.09.2018
Fransa: təhsil sahəsində 1800 iş yeri ləğv ediləcək
26.09.2018
Ərdoğan Trampla görüşdü

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info