Ağcabədidə 2017-ci ildə pambıq sahələrinin 8 min hektara çatdırılması nəzərdə tutulur
Tarix: 19.10.2016 | Saat: 16:28:00 | E-mail | Çapa göndər


Cari ilin doqquz ayında Ağcabədi rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 219.400,7 min manat olub. Bu, əvvəlki illə müqayisədə 15,1 faiz çoxdur. Hesabat dövründə 8529,3 min manatlıq sənaye, 131.582,5 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 22.321,9 min manat investisiya yönəldilib. 2015-ci ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulları istehsalı 33,6 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 10,4 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,7 dəfə artıb.
Bu faktlar Ağcabədi rayonunda 2016-cı ilin doqquz ayının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun hesabat məruzəsində bildirilib ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf edib, şəhər və kəndlərdə tikinti-quruculuq və abadlıq işləri sürətlənib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda heyvandarlığın, əkinçiliyin və sənayenin inkişaf etdirilməsi məqsədilə 73 sahibkara 750,5 min manat güzəştli kredit verilib, 112 yeni iş yeri açılıb. Ümumiyyətlə, 1216-sı daimi olmaqla, 2412 nəfər iş yeri ilə təmin olunub.
Məlumat verilib ki, hesabat dövründə Hüsülü–Kürdlər–Şərəfxanlı–Mirzəhaqverdili avtomobil yolunda Qarqar çayı üzərində körpü tikilərək istifadəyə verilib, Sarvanlar kəndindən Bala Kəhrizli kəndinə keçən hissədə olan körpü isə əsaslı təmir olunub. Rəncbərlər, Təzəkənd, Şərəfxanlı, Kəbirli, Aran, Böyük Kəhrizli, Bala Kəhrizli kəndləri qazlaşdırılıb. Hindarx qəsəbəsində şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilib. Ağcabədi şəhərində 6 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib, Bayraq muzeyinin tikintisi başa çatdırılıb. Hazırda Hacıbədəlli kənd uşaq bağçasının və Boyat kənd xəstəxanasının əsaslı təmirində, Vergilər Nazirliyi 8 saylı Ərazi Vergilər İdarəsinin Ağcabədi Vergi Xidməti Mərkəzinin inzibati binasının, sutkalıq istehsal gücü 10 ton olan çörək və un məmulatları zavodunun və otelin inşasında tamamlanma işləri aparılır. Həmçinin Ağcabədi rayon Tarix-Diyarşünaslıq Muzeyinin binası əsaslı təmir olunur. Qaravəlli, Yeni Qaradolaq, Qiyamadinli, Gələbədin kəndlərində qazlaşma işləri aparılır.
Yığıncaqda aqrar sahədə əldə olunan uğurlardan danışılarkən bildirilib ki, cari ilin məhsulu üçün rayonda 26 min 548 hektar sahədə taxıl əkilib, 95 min 827 ton məhsul əldə edilib. Bundan başqa bu il 3661 hektar sahədə pambıq, 815 hektarda şəkər çuğunduru, 185,5 hektarda kartof, 1184 hektarda tərəvəz, 523 hektarda bostan, 2603 hektar sahədə qarğıdalı və 1210 hektar sahədə soya bitkisi əkilib. Hacıbədəlli kəndi ərazisində pomidor yetişdirmək üçün müasir istixanaların qurulmasına başlanılıb. Uzun fasilədən sonra bu il rayonda 3675 kiloqram barama tədarük olunub. Hazırda tarlalarda pambıq yığımı davam edir. 2017-ci ildə pambıq sahələrinin 8 min hektara, şəkər çuğunduru əkinlərinin 2500 hektara çatdırılması, barama istehsalını artırmaq məqsədi ilə 40 min ədəd çəkil tinginin əkilməsi nəzərdə tutulur.
Müzakirələr zamanı elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafı istiqamətində görülən işlər ətraflı təhlil olunub, qazanılan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15.06.2019
Birinci vitse-prezident Mehriban Əliyeva: Əsas hədəfimiz, savadlı və müasir düşüncəli gəncliyin yetişməsidir
15.06.2019
“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub
15.06.2019
Həlimə Əliyevanın cənazəsi Kələkiyə göndərildi: Prezident xüsusi təyyarə ayırıb
15.06.2019
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu Öndərin tarixi xilaskarlıq missiyası

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info