“Gömrük sistemində islahatlar davam edir”
Tarix: 19.10.2016 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


"Azərbaycanın gömrük sistemində islahatlar davam edir. Gömrük prosedurlarının sadələşdirilməsi təkcə gömrük sənədlərinin azaldılması deyil, həmçinin gömrük bəyannamələrinin elektron qaydada təqdim edilməsi ilə bağlıdır".
Bunu bu gün Bakıda keçirilən "Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar" mövzusunda konfransda çıxışı zamanı Dövlət Gömrük Komitəsinin (DGK) sədr müavini Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, gömrük sənədlərinin sadələşdirilməsi Azərbaycan məhsullarının xarici bazara çıxarılmasına yardım göstərəcək: "Gömrük orqanları İqtisadiyyat Nazirliyi ilə birgə bu işləri görür. Bu gün Dövlət Gömrük Komitəsinin əsas diqqəti kənd təsərrüfatı məhsullarının ixracına yönəlib. Bu gün Rusiya ilə Azərbaycan arasında bununla bağlı qarşılıqlı sənəd imzalanıb. Bu sənədə əsasən, Rusiyadan Azərbaycana idxal olunan kənd təsərrüfatı məhsulları sadələşdirilmiş qaydada Azərbaycan ərazisinə daxil olur. Bu sənəd həmçinin ixracın təşviqinə də çox böyük imkan verir".
 
Qurum rəsmisi qeyd edib ki, gömrük sahəsində əsas məsələ sərhəd keçid prosedurlarının sadələşdirilməsidir: "Bu sahədə əsas məsələ idxal məhsullarına yönəlsə də, "yaşıl dəhliz" prinsipi ilə ixrac yolları da aid edilir. Ümumiyyətlə ixracın təşviqi məsələsi və ixracın prosedurunun sadələşdirilməsi bizim fəaliyyətimizin əsas hissəsidir. Komitə ixracın stimullaşdırılmasında öz üzərinə düşən işləri tam olaraq həyata keçirəcək".




Tural




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Gələn il Azərbaycan manatının dollara məzənnəsi ilə bağlı proqnoz
19.10.2019
Moskva Bakıya nüvə elmi və texnologiyaları mərkəzinin yaradılmasını təklif edib
19.10.2019
Çinlə Azərbaycan arasında ticarət dövriyyəsi rekord həddə çatıb
19.10.2019
BP: Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var
19.10.2019
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info