Macarıstan şirkəti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qoşulub
Tarix: 19.10.2016 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


“Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Qazaxıstanın “KTZ Express” SC və Macarıstanın “Rail Cargo Hungaria Zrt” şirkəti Asiya-Avropa-Asiya marşrutunu inkişaf etdirmək barədə razılığa gəlib.
Asiya-Avropa-Asiya istiqamətində beynəlxalq intermodal daşımaların inkişaf etdirilməsi haqqında saziş “Qazaxıstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin törəmə şirkəti “KTZ Express” SC və Macarıstanın nəhəng “Rail Cargo Hungaria Zrt” nəqliyyat-ekspedisiya şirkəti tərəfindən Astanada imzalanıb.
Sənəd Qazaxıstan-Macarıstan biznes forumu çərçivəsində beşinci İşgüzar Şuranın iclasının nəticələrinə əsasən imzalanıb. Görüşdə Asiya və Avropa arasında beynəlxalq ticarətin inkişafı üçün yükdaşımaların əhəmiyyətini qeyd edən tərəflər Asiya-Avropa-Asiya istiqamətində intermodal daşımaların təşkilinə və onların gələcək inkişafına kömək etmək barədə razılığa gəliblər.
Saziş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çin-Avropa-Çin yükdaşımalarında multimodal servisin inkişafını və onun irəlilədilməsi üçün müştəri bazasının birgə yaradılmasını nəzərdə tutur.
Tərəflər yükdaşımalar üçün cəlbedici şərtlərin yaradılması barədə razılığa gəliblər.




Tural




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Türkiyə Xəzər hövzəsindən enerji ehtiyatlarının dünya bazarlarına tədarükündə maraqlıdır
20.04.2019
Əlilliyə görə pensiyaların da elektron qaydada təyinatına başlanıb
20.04.2019
Azərbaycan tekstili MDB-də yeni bazarlara çıxa bilər
20.04.2019
Azərbaycan neftinin qiyməti bahalaşıb
19.04.2019
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info