“Sarika” qasırğası Çində böyük təbii fəlakətə səbəb olub
Tarix: 19.10.2016 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


“Sarika” qasırğası Çinin cənubundakı Xaynan adasında böyük təbii fəlakətə səbəb olub. Ölkənin Milli Meteorologiya Mərkəzi qasırğa ilə əlaqədar ən yüksək səviyyədə - “qırmızı” xəbərdarlıq elan edib. Bu il qeydə alınan 21-cı qasırğa olan “Sarika”nın sürəti saatda 162 kilometrə çatıb. Güclü yağış, külək, torpaq sürüşməsi, palçıq axını ilə müşayiət olunan qasırğanın törətdiyi fəsadlara görə təxminən yarım milyon sakin təxliyə edilib.
Qasırğa adada ciddi dağıntılara, o cümlədən kommunikasiya xətlərinin sıradan çıxmasına, elektrik verilişində fasilələrin yaranmasına, avtomobil yollarının dağılmasına, ağacların aşmasına, yolların su basmasına səbəb olub. Bundan başqa, Xaykou şəhərindəki hava limanından 250 uçuş təxirə salınıb, sürətli dəmir yolu qatarlarının hərəkəti dayandırılıb, sürüşkən yolda 45 sərnişini daşıyan avtobus aşıb, əkin sahələrinə ciddi ziyan dəyib. Təbii fəlakətlə əlaqədar məktəblərdə və uşaq bağçalarında dərslər təxirə salınıb, turizm məkanları ictimaiyyət üçün bağlanıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
Fransada etirazlar zamanı 14 polis yaralanıb
20.04.2019
Әfqanıstanda terror aktı, ölәn var
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info