“Bakı Metropoliteni“ təlim keçir
Tarix: 19.10.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


"Bakı Metropoliteni" QSC-nin insan resursları şöbəsinin əməkdaşlarına əmək qanunvericiliyi və kadr işinin təşkilinə dair bir aylıq təlim keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən bildirilib ki, təlimin təşkil olunmasında məqsəd insan resurslarının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə yeniliklərin tətbiqidir. Müəssisənin təlim-tədris mərkəzində "Əmək qanunvericiliyi və kadr işinin təşkili" mövzusunda 20 saatlıq praktiki təlimi bu sahə üzrə ixtisaslı mütəxəssis Rauf Məmmədov keçib. Təlimdə Azərbaycan Respublikasının əmək qanunvericiliyi, BƏT konvensiyalarının Azərbaycan əmək qanunvericiliyində yeri, işçinin və işəgötürənin hüquq və vəzifələri, əmək qanunvericiliyinin pozulmasına görə cərimələr, kollektiv müqavilə, əmək müqaviləsi, intizam tənbehi və verilmə qaydası, şəxsi işlərin saxlanması və istifadə qaydaları, məşğulluq hesabatları, iş və istirahət vaxtı işçinin əmək haqqı və məzuniyyət hüququnun tənzimlənməsi, məzuniyyət və onun növləri, əmək haqqının hesablanması, insan resurslarına dair tələblərin müəyyənləşdirilməsi və insan resurslarının effektiv idarə olunması ilə bağlı digər mövzular müzakirə olunub. İnsan resursları şöbəsinin təlimi müvəffəqiyyətlə bitirən əməkdaşlarına sertifikatlar təqdim olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info