“Azərbaycan Qərblə Şərq arasında coğrafi və mənəvi körpüyə çevrilib”
Tarix: 19.10.2016 | Saat: 18:55:00 | E-mail | Çapa göndər


Azərbaycan Qərblə Şərq arasında həm coğrafi, həm də mənəvi körpüyə çevrilib. Bu, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun nüfuzlu “The Huffington Post” nəşrində “Azərbaycan: Müstəqilliyin 25-ci ildönümündə” (Azerbaijan: a Quarter of a Century of Independence) adlı məqaləsində qeyd edilib.
Məqalədə əsasən Azərbaycanın 25 illik müstəqilliyi dövrü ərzində əldə etdiyi nailiyyətlərdən bəhs edilir. Müəllif ölkəmizin 1991-ci ildə Sovet İttifaqından müstəqilliyini bərpa etdikdən sonra keçdiyi çətinliklərə baxmayaraq, hazırda Qafqaz-Xəzər regionunun əhəmiyyətli regional oyunçusuna çevrildiyini vurğulayır. Azərbaycanın bu uğurları unikal tarix, o cümlədən 1918-ci ildə ilk müsəlman aləmində demokratik respublikanın yaradılması, habelə mərhum ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə izah edilir.
Həmçinin qeyd edilir ki, Azərbaycan rəhbərliyi ölkənin inklyuziv, tolerant və dünyəvi dövlətin qurulmasına sadiqliyini gücləndirmiş və praqmatik xarici siyasət həyata keçirmişdir. Bu kontekstdə, Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq, Gürcüstan və Türkiyə ilə isə inteqrə edilmiş tərəfdaşlıq qurduğu və uğurlu şəkildə beynəlxalq enerji layihələri həyata keçirdiyi qeyd edilir.
Həmçinin məqalədə ölkəmizin gələcəyə yönəlmiş siyasətindən də bəhs edilir. Bu xüsusda infrastruktur layihələrinin həyata keçirildiyi, ölkəmizin coğrafi mövqeyinin üstünlüyə və Azərbaycan Prezidentinə xitabən ölkəmizin Qərblə Şərq arasında həm coğrafi, həm də mənəvi körpüyə çevrildiyi qeyd edilir. Habelə, məqalədə ölkəmizin mədəni irsinə toxunularaq dinlərarası harmoniya, orta əsrlərdən bəri qadın şairələrdən başlayaraq və bu gün Birinci Xanım Mehriban Əliyevanın timsalında cəmiyyətdə qadınların ənənəvi və güclü rolu vurğulanır.
Məqalədə həmçinin, Ermənistan təcavüzü nəticəsində bir milyonadək Azərbaycanlı əhalinin öz doğma yurdlarından didərgin düşdüyü də xatırladılır. Beynəlxalq hüququn əsasında bu münaqişənin həllinin Azərbaycan üçün əsas məsələnin həllinə və Ermənistanın həqiqi müstəqil dövlət olmasına səbəb olacağı vurğulanır.
Yekunda Azərbaycan xalqının öz tarixi ilə qurur duyduğu, müstəqilliyini qoruyub saxlayacağı və gələcəyə inamla baxdığı vurğulanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.04.2019
Bürokratik əngəllər aradan qaldırılmalı, biznes qurmaq istəyənin qarşısında süni əngəllər qoyulmamalıdır
23.04.2019
Müxalifət ölkəmizdə keçirilən beynəlxalq yarışlara niyə qərəzli yanaşır?
23.04.2019
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23.04.2019
Azərbaycanla Avropa İttifaqı arasında saziş mayın 13-də imzalana bilər
23.04.2019
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info