BANM-də Xalq artisti Fuad Poladovla yaradıcılıq göruşü keçirilib
Tarix: 19.10.2016 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Sənətkarla görüş” layihəsi çərçivəsində Azərbaycanın görkəmli teatr və kino aktyoru, dəyərli sənətkar, Azərbaycanın Xalq artisti Fuad Poladovun ali məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq göruşü keçirildi.
Tədbiri giriş sözü ilə açan BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov tanınmış aktyorun həyat və yaradıcılığından danışdı. Ramiz Hümbətov Fuad Poladovu “İstintaq davam edir” filmində gördükdən sonra onun yaradıcılığının pərəstişkarına çevrildiyini bildirdi. O, Fuad Poladovu Azərbaycan teatr və kinematoqrafiyasının əfsanəsi adlandıraraq, görkəmli sənətkarın Xalq artisti adına hələ 1986-ci ildə 38 yaşında layiq görüldüyünü vurğuladı. Ramiz Hümbətov əmin olduğunu bildirdi ki, tələbələr bu görüşdən sonra Fuad Poladovdan eşitdikləri olduqca maraqlı hadisələrin əks olunduğu filmlərə yenidən baxmağa tələsəcəklər.
BANM-in müəllimlərini və tələbələrini salamlayaraq Fuad Poladov bu cür görüşlərin onun üçün böyük məsuliyyət və şərəf olduğunu bildirdi: "Mən tez-tez gənclər qarşısında çıxış edirəm və mənim üçün vacibdir ki, bu görüşlərdən sonra onlar teatr sənəti ilə daha çox maraqlansınlar. Atatürk deyib ki: "Teatr bir ölkənin mədəni səviyyəsinin güzgüsüdür ("Tiyatro məmləkətin kültür səviyyəsinin aynasıdır") - deyə Fuad Poladov qeyd etdi. Məşhur aktyor öz gənclik və tələbəlik illərindən, bir aktyor kimi formalaşmasından, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkiliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışdı. Fuad Poladov filmlərdəki çəkilişlər haqqında xatirələrini danışdı və bildirdi ki, teatrda işləmək onu daha çox cəlb edir. “Səhnədə olarkən aktyor tamaşaçıların enerjisini hiss edir. Teatrda aktyor tamaşaçını aldada bilmir. Teatrda sünilik olsa, tamaşaçı onu həmin saniyə hiss edir və ikinci dəfə teatra gəlmir” - deyə o, bildirdi. Aktyor çox sevdiyi məşhur Azərbaycan şairi Vaqif Səmədoğlunun şerlərindən birini ifa etdi. Fuad Poladov xüsusilə də gənclərin intellektual səviyyəsinin formalaşması üçün teatrın və ümümilikdə, incəsənətin böyük əhəmiyyətini vurğuladı.
BANM-in Kimya mühəndisliyi ixtisasının II kurs tələbəsi Nazpəri İsfəndiyarzadə aktyorun sevdiyi şair Ramiz Rövşənin "Yenə bu şəhərdə üz-üzə gəldik" şerini oxudu. Görüş zamanı tanınmış aktyor müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırdı.
Görüşün sonunda BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov maraqlı və mənalı söhbətə görə tanınmış qonağa səmimi təşəkkürünü bildirdi və ona xatirə hədiyyəsini təqdim etdi.
Nigar





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info