Zaqatalada 3 mindən çox yeni iş yeri açılıb
Tarix: 19.10.2016 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


2016-cı ilin ötən 9 ayı ərzində Zaqatala rayonunda 200 milyon 196 min manat dəyərində məhsul istehsal edilib və xidmətlər göstərilib, Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Məhsul buraxılışı sənayedə 2,5 dəfə, rabitə sahəsində 18 faiz artıb, pərakəndə əmtəə dövriyyəsinin həcmi 10 faiz, pullu xidmətlərin həcmi isə 11 faiz çoxalıb. 9 ay ərzində 1790-ı daimi olmaqla, 3112 yeni iş yeri açılıb.
Bu barədə oktyabrın 19-da Zaqatala Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda məlumat verilib.
Hesabat məruzəsində qeyd olunub ki, Prezident İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə ötən müddətdə Zaqatala rayonunda zəruri tədbirlər həyata keçirilib. Belə ki, tütünçülüyün inkişaf etdirilməsi məqsədilə fermerlərlə geniş maarifləndirmə işləri aparılıb, nəticədə 2016-cı ildə rayonda 601,5 hektar sahədə tütün əkilib. Bu günədək sahələrdən 2802 ton yaşıl tütün yarpağı yığılaraq, qurudulmaq üçün “İnter-Tobacco” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil verilib.
Bildirilib ki, builki mövsümdə rayonda 1,5 ton yaş barama istehsal edilməsi nəzərdə tutulsa da, kümçülər proqnoza artıqlaması ilə əməl edərək, 6 tondan artıq barama istehsal ediblər. Gələcəkdə istehsalın artırılması məqsədilə cari ilin payız mövsümündə rayon ərazisində 146 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, hesabat dövründə rayonda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, yerli iş adamları və sahibkarlara 28 layihə üzrə 258 min manat həcmində güzəştli kredit verilib. Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə rayon icra hakimiyyəti və “RR” şirkətlər qrupu tərəfindən Aşağı Tala kəndinin ərazisində “Şimal-Qərb” brendi ilə fəaliyyət göstərəcək Sosial Ticarət Mərkəzinin tikintisi üçün torpaq sahəsinin ayrılması və layihələndirməsi işlərinə başlanılıb. Ərazidə tikiləcək obyektlərdə 1100-1200 nəfər üçün yeni iş yerlərinin açılması nəzərdə tutulur.
Bildirilib ki, 2016-cı ilin 9 ayı ərzində rayonda 90 milyon 886 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bütün növ bitkiçilik və heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Diqqətə çatdırılıb ki, hesabat dövründə rayonda bütün maliyyə mənbələri hesabına 7 milyon 390 min manatlıq tikinti, təmir və abadlıq işləri həyata keçirilib. Rayonda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayon ərazisində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 13 fərdi ev tikilərək istifadəyə verilib.
Ekoloji məsələlər diqqət mərkəzində saxlanılıb, müddət ərzində rayon ərazisində 75 minə yaxın ağac əkilib, 40,5 hektar sahədə mədəni meşə əkini aparılıb.
Yığıncaqda, həmçinin cari ilin ötən 9 ayı ərzində əhalinin elektrik enerjisi, təbii qaz, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması, vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrdən bəhs edilib.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info