Özünüməşğulluq proqramı üzrə təlim kursunu bitirən bir qrup təlimçiyə sertifikatlar verilib
Tarix: 19.10.2016 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) birgə missiyası ölkəmizə səfəri şərçivəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı Regional Peşə Tədrisi Mərkəzində olublar. Mərkəzdə peşə hazırlığının təşkili üçün yaradılmış şəraitlə tanış olan qonaqlar burada özünüməşğulluq proqramı üzrə təlim kursunu bitirmiş 17 nəfər təlimçiyə sertifikatların təqdim edilməsi tədbirində iştirak ediblər.
Sertifikatla təmin edilmiş təlimçilər göstərilən etimadı doğruldacaqlarını, fəaliyyət göstərəcəkləri rayon və şəhərlərdə özünüməşğulluq proqramının uğurla icrası, bu proqrama cəlb edilmək üçün müraciət edən işsiz və işaxtaran şəxslərdə biznes bilik və bacarıqlarının formalaşdırılması üçün səy göstərəcəklərini vurğulayıblar.
Daha sonra Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) birgə missiyası İsmayıllı və Qəbələ rayonlarına gedərək, həmin rayonlarda özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşların cəlb olunduğu təlim kursları ilə tanış olublar.
Qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası olaraq, nazirliyin “İşaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətinin təşkili Tələbləri” əsasında məqsədyönlü işlər aparılır. Özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşlar bunun üçün biznesin təşkili ilə bağlı müvafiq bilik və bacarıqlara malik olmalıdırlar. Bununla əlaqədar onlara təlimlərin keçirilməsi üçün BƏT-in baş təlimçisinin iştirakı ilə nazirliyin Bakı şəhərindəki və Göyçay rayonundakı Regional Peşə Tədrisi Mərkəzlərində təlim kursları təşkil edilməklə təlimçilər hazırlanır. Artıq bu kursları bitirən 122 nəfər təlimçi sertifikatla təmin olunaraq, müqavilə əsasında ölkənin rayon və şəhərlərində özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən vətəndaşlar üçün təlim kursları keçirlər.
Bildirilib ki, İsmayıllı və Qəbələ rayonları üzrə də təlimçilər hazırlanıb və onlara sertifikatlar verilib. Həmin təlimçilər özünüməşğulluq proqramında iştirak etmək məqsədilə müraciət etmiş şəxslər üçün cari ilin sentyabr ayının 27-dən təlim kursları keçirlər. Bu kurslara İsmayıllı rayonu üzə 17 nəfər, Qəbələ rayonu üzrə 21 nəfər işaxtaran və işsiz vətəndaş cəlb edilib. İki ay davam edəcək kurslarda onlar biznesin təşkili ilə bağlı bilik və bacarıqlar qazanırlar. Təlim müddətində iştirakçılar seçdikləri fəaliyyət sahələri üzrə biznes-plan hazırlayacaqlar. Uğurlu biznes-plan hazırlamış şəxslər ailə bizneslərinin yaradılması üçün müqavilə əsasında mal və materiallarla təmin olunacaqlar.
BƏT-in və BMT İP-in nümayəndələri kursların iştirakçılarının təlim prosesi, gələcəkdə hansı fəaliyyət sahələri üzrə biznes qurmaq planlarının olması ilə maraqlanıblar. Kurslara cəlb olunmuş vətəndaşlar təlimlər zamanı lazımi bilik və bacarıqlara yiyələnmək imkanına malik olduqlarını, gələcəkdə kənd təsərrüfatının ayrı-ayrı sahələri, eləcə də xalçaçılıq, misgərlik, dərzilik və s. fəaliyyət sahələri üzrə ailə biznesi qurmaq istədiklərini qeyd ediblər.
BƏT-in və BMT İP-in birgə missiyası həyata keçirilən təlim prosesi ilə bağlı müsbət təəssüratlarını bölüşüblər.

Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info