Natiq Əliyev: “Alternativ və bərpaolunan enerji ənənəvi enerjini tam əvəz edə bilməyəcək”
Tarix: 19.10.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın energetika balansında alternativ və bərpaolunan enerjinin payının artırılması istiqamətdə nailiyyətlərin əldə edilməsi bu sahəyə özəl sektorun cəlbini tələb edir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan Qazaxıstanın energetika nazirinin müavini Maqzum Mirzaqaliyevlə görüşündə danışılıb.
Görüşdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin Azərbaycanın əsas prioritetlərindən olduğu, bu məqsədlə 2004-cü ildə qəbul edilmiş “Azərbaycanda alternativ və bərpaolunan enerji mənbələrindən istifadə olunması” üzrə Dövlət Proqramında külək, günəş, hidro, biokütlə və geotermal enerji mənbələrindən geniş və səmərəli istifadə olunması üçün konkret məsələlərin qoyulduğu, külək parkları, günəş stansiyaları, kiçik çaylar üzərində elektrik stansiyalarının inşa olunduğu qeyd edilib.
N.Əliyev deyib ki, görülən işlərə rəğmən ölkənin energetika balansında alternativ və bərpa olunan enerjinin payı o qədər də yüksək deyil və bu istiqamətdə nailiyyətlərin əldə edilməsi bu sahəyə özəl sektorun cəlbini, lazımi şəraitin yaradılmasını, stimullaşdırıcı tədbirlərin görülməsini və qanunvericilik bazasının daha da təkmilləşdirilməsini tələb edir. Bununla yanaşı, nazir hesab edir ki, alternativ və bərpa olunan enerji ənənəvi enerjini tam əvəz edə bilməyəcək.
Qazaxıstanın energetika nazirinin müavini M.Mirzaqaliyev isə gələcəyin enerjisinin müəyyən edilməsi baxımından gələn il ölkəsində keçiriləcək EXPO-2017 “Gələcəyin enerjisi” beynəlxalq sərgisinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, sərgiyə hazırlığın gedişatı barədə məlumat verib.
Nazir müavini həmçinin Natiq Əliyevin EXPO-2017 “Gələcəyin enerjisi” beynəlxalq sərgisi çərçivəsində 2017-ci il iyunun 11-14-də Astanada keçirilməsi nəzərdə tutulan “Dayanıqlı inkişaf üçün enerji” VIII Beynəlxalq Forumu və Nazirlərin Konfransına dəvət edildiyini diqqətə çatdırıb.
Bundan başqa, görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığın perspektivləri, “Kaşağan” yatağından hasil edilən neftin ixracı, Qazaxıstan üçün şaxələndirilmiş ixrac sisteminin yaradılmasının vacibliyi və bu məqsədlə Çin istiqamətində planlaşdırılan layihələr, eləcə də Mərkəzi Asiyanın enerji mərkəzi kimi mövcud vəziyyəti ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info