ADPU üçün 50 hektarlıq ərazidə kampus yaradılacaq
Tarix: 19.10.2016 | Saat: 21:39:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov dünən universitetin 2 nömrəli tədris binasında Tarix və coğrafiya fakültəsinin tələbələri ilə görüş keçirib. ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən “Palitra”ya bildiriblər ki, görüşdə qarşıda duran vəzifələr, idarəetmə və tədris prosesi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, kredit sistemi, təhsil haqları və digər məsələlər müzakirə edilib. Görüşdə ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliyev də iştirak ediblər. Qeyd edək ki, universitetin digər fakültələrində də belə görüşlərin keçirilməsi nəzərdə tutulur. ADPU-nun rektoru, professor Cəfər Cəfərov əvvəlcə tələbələri Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan 25 il ərzində böyük və zəngin inkişaf yolu keçib. Bu müddət ərzində həm də yeni nəsil formalaşıb. Müstəqillik böyük və müqəddəs anlayışdır. Son illər Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edib. Son 10 ildə iqtisadiyyatımız 3 dəfə artıb. Azərbaycan dünya birliyində layiqincə təmsil olunur. Paytaxtımız Bakı şəhəri dünyanın ən gözəl şəhərləri ilə müqayisə edilir. Eyni zamanda bölgələrimiz inkişaf edib, müasirləşib. Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”.
Rektor qeyd edib ki, XXI əsr rəqabət əsridir. Dəyişikliklər, islahatlar dövrün, zamanın tələbidir. Ölkəmizdə və dünyada gedən ictimai-siyasi proseslər bizdən bunu tələb edir. Eyni zamanda ölkə rəhbərliyi bunu vacib bir vəzifə kimi bizim qarşımızda qoyub. İdarəetmənin optimallaşdırılması, strukturun rasionallaşdırılması çox vacibdir. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz bu yeni inkişaf mərhələsinə uyğun pedaqoji kadrlar hazırlamalıyıq. Hazırda ADPU-da təxminən 20 minə yaxın tələbə təhsil alır. Pedaqoji təhsil sahəsində islahatların aparılması olduqca vacibdir. Pedaqoji fəaliyyət sahəsi strateji fəaliyyət sahəsidir. Müəllim mənəviyyat örnəyi olmalıdır. Müəllim cəmiyyətdə şəxsi nümunəsi ilə seçilməlidir. Bu gün ölkəmizdə 4500 orta məktəb fəaliyyət göstərir. Ölkəmizdə dərin biliyə, savada, geniş dünyagörüşə malik nümunəvi müəllimlər kifayət qədərdir. Müasir yanaşmada təhsil sahəsi də xidmət sahəsidir. Bizim əsas istəyimiz, başlıca məqsədimiz sizin yaxşı müəllim kimi yetişməyinizdir. İstəyirik ki, siz yüksək bilik səviyyəsinə malik, ləyaqətli, vətənpərvər müəllim kimi formalaşasınız. Çağdaş dünyamızda biliklərin nümayiş etdirilməsindən daha çox tətbiqinə üstünlük verilir. ADPU-da təhsilin keyfiyyət göstəriciləri yüksəlməlidir. ADPU-nun ölkədəki ictimai nüfuzu, imici gücləndirilməlidir. Biz xarici əlaqələrimizi genişləndirməli, beynəlxalq proqram və layihələrdə fəal iştirak etməli, innovativ təşəbbüslərlə çıxış etməliyik. ADPU-nun fəaliyyətini müasir tələblərə uyğun qurmalı, universitetimizi ölkəmizin, eləcə də regionun qabaqcıl universitetinə çevirməliyik. Hazırda ADPU-nun inkişaf strategiyası hazırlanır. ADPU üçün 50 hektarlıq ərazidə kampusun yaradılması nəzərdə tutulur. Rektor Cəfər Cəfərov çıxışının sonunda tələbələrə yaxşı oxumağı, ictimai həyatda fəal olmağı, həyata keçirilən islahatlarda universitetin rəhbərliyinə dəstək verməyi tövsiyə edib. ADPU-nun İnzibati idarəetmə və tələbələrlə iş üzrə prorektoru, professor Fikrət Rzayev, Təhsilin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin müdiri, dosent Sənan Əliyev görüşdə çıxış edərək universitetdə həyata keçirilən islahatlar, təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris planları, tədris prosesi, bilik və bacarıqların qiymətləndirilməsi barədə öz fikir və mülahizələrini bölüşüblər. Görüşün sonunda tələbə-gənclərin müxtəlif sualları cavablandırılıb.
Anar





 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info