«National Interest»: «Mosul uğrunda döyüşlər fəlakətlə sonuclana bilər»
Tarix: 19.10.2016 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


«Mosulu yaraqlılardan azad etmək həm İraq ordusu, həm də ABŞ başda olmaqla koalisiya qüvvələri üçün «tam fəlakət»lə yekunlaşa bilər». Bu fikirləri istefada olan amerikalı polkovnik Deniel Devis «National Interest» nəşrində dərc etdirdiyi məqaləsində bildirib: «Əməliyyatın bazar ertəsi gecədən başlamasına baxmayaraq, koalisiya qüvvələrini irəlidə hansı problemlər gözlədiyi artıq üzlərdən oxunmaqdadır. Hələ əməliyyatlara başlamamışdan əvvəl «İslam dövləti» ilə vuruşacaq qüvvələrin çoxsaylı siyasi və diplomatik maneələrlə üzləşdiyi artıq çoxlarına məlum idi. Təbii ki, bu problemlərin aradan qaldırılması Mosulda cəmləşən yaraqlılara qarşı döyüşməkdən daha çətin olacağı da başa düşülən idi».
Devisə görə, öncə başa düşülməlidir ki, Mosuldakı döyüşlər şəhərdəki dinc sakinlər üçün fəlakətlə sonuclana bilər. Lakin bütün bunlara baxmayaraq, BMT də yerli sakinlərin öz evlərini tərk etməsindən narahatdır. Belə ki, Mosul qaçqınları üçün yeni ssenari hazırlamağa artıq beynəlxalq təşkilatların pulu qalmayıb.
Hazırda belə bir təəssürat yaranıb ki, humanitar böhranı gizlətməyə çalışan İraq hökuməti yerli sakinləri gizli sığınacaqlardan yararlanaraq, şəhəri tərk etməməyə çağırır. Qəribədir ki, «İslam dövləti» də yerli sakinlərin şəhəri tərk etməsinin qarşısını almağa çalışır. Lakin əsas müəmma və əsas sual açıq olaraq qalır. Belə ki, şəhər uğrunda mübarizə uzun çəkəcəyi halda, sığınacaqlarda ümid axtaran yerli sakinləri yemək, su və dərman ləvazimatları ilə kimin və necə təmin edəcəyi əsas müəmma olaraq qalır. Lakin bütün bunları nəzərə almayan Amerika Birləşmiş Ştatları İraqda müharibəni "yetişməmiş planı" əsasında "kövrək koalisiya" qüvvələri hesabına başa çatdırmaq istəyir.
Qeyd edilməlidir ki, hazırda ölkədə hərcmərclikdir. Kürdlərdən formalaşmış ordu da ölkənin bütün ərazisini qorumaq çağırışı ilə çıxış edirlər. Sünni və şiə təriqətləri arasındakı problem ölkə üçün əsas problem olaraq qalır. İraqla həmsərhəd, NATO üzvü Türkiyə isə koalisiya qüvvələrini parçalamaqla qorxudur. İraqın Baş naziri Heydər əl-Abadi isə Ankaranı müharibə ilə qorxudur. Vaşinqtonun hərbi qüvvələri zorla öz iradəsinə tabe etmək arzusu hesabına "mürəkkəb və çoxölçülü problemlərin» həllini tapmağa çalışır. Sabiq polkovnikə görə, ABŞ-ın belə prinsiplər əsasında həyata keçirməyə çalışdığı xarici siyasət "daimi kəskinləşmə" problemlərinə gətirib çıxarır. Ona görə də, ABŞ müdaxilələrə meyilli siyasətindən əl çəkərək, daha təmkinli hərbi gücdən yararlanmalıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info