Buffon 13 ildən sonra
Tarix: 19.10.2016 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turunda “Lion”la qarşılaşan “Yuventus” çətin oyundan 3 xalla ayrılıb.
“Qoca sinyora” Xuan Kuadradonun 76-cı dəqiqədə vurduğu 3 xala sevinib. Turin təmsilçisinin qələbəsində qolla yanaşı komandanın əfsanəvi qapıçısı Canluici Buffonun da əvəzsiz xidməti olub. Görüş ərzində bir neçə epizodda komandasını real qoldan xilas edən “veteran”, ilk hissədə Aleksandr Lakazettenin penalti zərbəsini də zərərsizləşdirib (35-ci dəqiqə). Maraqlıdı ki, bunu Buffon ən son 2003-cü ildə bacarmışdı. Belə ki, canlı əfsanə Çempionlar Liqasında sonuncu dəfə 2003-cü ildə, “Real”la qarşılaşmada Luiş Fiqunun zərbəsinin qarşısını almışdı. Qeyd edək ki, 38 yaşlı qolkiper qitənin ən nüfuzlu klub turnirində ən çox penalti qaytaran qapıçılar arasında 2-ci pillədə qərarlaşıb. 4 dəfə penaltini zərərsizləşdirən Buffon, bu cəhətdən yalnız Hans Yörgen-Buttdan geri qalır. Keçmiş “Bayer”li qapıçı 5 dəfə komandasını penaltidın xilas edib.




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
İngiltərə millisinə yeni oyunçu cəlb edilib
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib
18.03.2019
Milan derbisində beş qol vurulub
18.03.2019
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında 11 medal qazanıb
17.03.2019
Dünya birinciliyində uğurla çıxış edən Azərbaycan komandası Bakıya qayıdıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info