Ermənistan üçün çıxış yolu Azərbaycanla əməkdaşlıqdır
Tarix: 19.10.2016 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


“Armenianreport.com”: “Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə gedərək əvəzində Azərbaycandan Rusiyaya daha etibarlı çıxış yolu əldə edə bilərik”

Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı Prezident İlham Əliyevin açıqlamaları Ermənistan mətbuatında geniş rezonans doğurub. Erməni KİV-ləri dövlət başçımızın münaqişə ilə bağlı səsləndirdiyi fikirlərə fərqli şərhlər verirlər. Həmin açıqlamalardan erməni siyasi dairələrində təlaş hiss olunur. İstər erməni rəsmi dairələrin (parlamentin vitse-spikeri Şarmazanovun timsalında), istər də siyasi sistemin digər aktorlarının yanaşamalarında təlaşla yanaşı, qorxu, vəziyyətin onlar üçün çıxılmaz olması notları açıq şəkildə özünü
göstərir.

Çətin vəziyyətdə olduqlarının fərqində olan erməni siyasilər yaxşı anlayırlar ki, münaqişənin həllində çıxış yolunun reseptini Azərbaycan Prezidenti “Sputnik”ə müsahibəsində dəqiqliklə səsləndirib. Prezidentin açıqlamasında səslənən əsas məqamlar kifayət qədər dəqiq və aydındır- Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür. Prezidentin müsahibəsində qeyd etdiyi Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür. Əslində, Prezidentin istər ermənilərə, istər həmsədrlər, istərsə də dünya ictimaiyyətinə mesajı belədir ki, münaqişənin həlli nəticəsində Azərbaycan Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə, özünüidarəçiliyinin təmin olunmasına, müxtəlif investisiya layihələrinin həyata keçirilməsinə təminat verir. İki xalqın birgəyaşayışı üçün müəyyən kompromislər mümkündür. Amma bunun üçün işğal olunmuş ərazilər azad olunmalıdır. Həmsədrlər dəfələrlə bəyanatlarında bildirirlər ki, münaqişə həlli nəticəsində nə qalib, nə də məğlub olmalıdır. Yəni, elə həll variantı tapılmalıdır ki, tərəflərdən heç biri “mən qalib gəldim” deməsin.

“Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya iztirab çəkdirdilər, lakin əvəzində özləri xoşbəxt oldular? Bəlkə daha çox inkişaf etdilər, daha təhlükəsiz şəraitdə yaşadılar? Əlbəttə ki, yox. Azərbaycanla münasibətlər normallaşmadan bu regionda inkişaf ola bilməz, onlar daim təzyiq altında yaşayacaqlar ki, birdən nəsə baş verdi”

Belə məqbul həll variantını hər iki tərəf xalqına daha asan izah edə bilər. Azərbaycan Prezidentinin müsahibəsində təqdim etdiyi variant elə həmsədrlərin təqdim etdiyi varianta uyğundur. Yəni, erməni siyasilər heç bir çətinlik çəkmədən bu variantı xalqlarına təqdim edə bilərlər. Dağlıq Qarabağ, Azərbaycanın tərkibində yüksək muxtar respublika statusu verilir, iqtisadi əlaqələr bərpa olunur, regiona investisiya yatırılır və s. Onsuz da Ermənistan münaqişə nəticəsində heç nə qazanmayıb, əksinə iqtisadi baxımdan vəziyyəti bir qədər də pisləşib.

“Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi, onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. Buna son qoymaq lazımdır”
Azərbaycan dövlət başçısı bunu aydın şəkildə izah edib: “Məsələnin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan 24 ildir, Minsk qrupu yaranandan bəri, danışıqlar prosesindəki ən kiçik irəliləyişin də qarşısını müxtəlif yollarla alır. Bizim mövqeyimiz ondan ibarətdir ki, insanlar harada yaşayırdısa, orada yaşamalıdır. Çünki onlar orada çoxdan yaşayırlar: erməni əhali 200 il, azərbaycanlılar daha çox. Lakin məsələ təkcə bunda deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi, onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. Buna son qoymaq lazımdır. Erməni əhali Dağlıq Qarabağda yaşayırdı, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya iztirab çəkdirdilər, lakin əvəzində özləri xoşbəxt oldular? Bəlkə daha çox inkişaf etdilər, daha təhlükəsiz şəraitdə yaşadılar? Əlbəttə ki, yox. Azərbaycanla münasibətlər normallaşmadan bu regionda inkişaf ola bilməz, onlar daim təzyiq altında yaşayacaqlar ki, birdən nəsə baş verdi. Biz sülh istəyirik və mövqeyimiz kifayət qədər konstruktivdir, lakin biz öz torpaqlarımızı geri istəyirik. Ermənistan isə başqasının ərazilərini geri vermədən sülh istəyir. Fərq bundadır”. Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: "Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.

Hava şəraiti ilə bağlı Rusiya ilə yeganə
əlaqə yolu bağlanıb

Erməni politoloqların dünən yerli KİV-lərdə səsləndirdiyi rəylərdən belə görünür ki, onlar Rusiya-Türkiyə barışığı və Azərbaycanın regionda söz sahibi olan bu iki dövlətlə sıx münasibətlərindən narahatlıq keçirirlər. Ermənistan parlamentinin komitə sədri Artak Zakaryan “Birinci informasiya”ya verdiyi açıqlamada bildirib ki, rəsmi İrəvan təcili şəkildə NATO ilə əlaqələri genişləndirməlidir. KTMT toplantısından əvvəl Lavrov və Çavuşoğlunun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlamaları İrəvanı düşünməyə vadar edir. Amma siyasi prosesləri real dəyərləndirməyi bacaran, ağılı başında olan hər kəs yaxşı bilir ki, Rusiya İrəvana NATO ilə əməkdaşlığı genişləndirməyə imkan verməz.

Yuxarы Lars keçid məntəqəsinin bağlanması erməniləri alternativ yol axtarmağa vadar edir

Onsuz da ABŞ qonşu Gürcüstanda möhkəmlənməkdə, hərbi varlığını artırmaqda qərarlıdır. Ekspertlər qeyd edir ki, Rusiyanın Ermənistanda “İsgəndər” raketləriin yerləşdirməsinin səbəbi də NATO-nun Gürcüstanda möhkəmlənməsi ilə bağlıdır. Ermənistanın yeni baş naziri Karapetyanın dünən İran səfirini qəbul etməsi də proseslərin məntiqi davamı kimi dəyərləndirilməlidir. Ermənistan İranla əlaqələri Moskvanın icazə verdiyi yerə qədər genişləndirmək istəyir. Bunun səbəblərindən biri Ermənistanın ətraf aləmə çıxışının məhdud olması ilə bağlıdır. Pis hava şəraiti ilə bağlı Rusiya ilə yeganə əlaqə yolu olan Yuxarı Larsın bağlanması Ermənistanda ciddi təşviş yaradıb. Hava şəraiti ilə bağlı Yaxır Lars keçid məntəqəsinin bağlanması qış aylarında tez-tez təkrarlanır. Yuxarı Lars Ermənistan üçün çox böyük əhəmiyyət kəsb edən vacib keçid məntəqəsidir. “Armenianreport.com” yazır ki, Yuxarı Lars mövsümi olduğu kimi Ermənistan iqtisadiyyatı da mövsümi xarakter daşıyır. Erməni analitiklər bildirir ki, Yuxarı Larsdan asılılığın nə vaxtsa həl olunacağına inam yoxdur. Çünki digər alternativ variant Abxaziya dəmir yolunun işə salınmasıdır ki, Rusiya-Gürcüstan münasibətlərinə görə bu variantın reallaşşması mümkünsüzdür. “Armenianreport.com” hesab edir ki, Ermənistanın iki yolu var: “Dağlıq Qarabağ münaqişəsinin həllində güzəştə gedərək əvəzində Azərbaycandan Rusiyaya daha etibarlı çıxış yolu əldə edə bilərik. Digər yol iqtisadiyyatı tamamilə dəyişərək Rusiya bazarından asılılıqdan qurtulmaq və İran-Gürcüstan timsalında yeni bazarlara çıxmaqdır. Avroatlantik məkan, İran və Çin istiqamətlərini də nəzərdən keçirmək lazımdır”. Avrasiya İttifaqının, KTMT-nin üzvü olan Rusiyadan tam asılı vəziyyətdə olan Ermənistanın bu yolu seçməsi mümkün deyil. Ona görə də Ermənistan üçün ən yaxşı çıxış yolu Azərbaycan torpaqlarının işğalına son qoymaqdır. Azərbaycanla əməkdaşlıq Ermənistan üçün çıxış yoludur.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info