Almaniyada sığınacaq axtaranlara hücumlar artıb
Tarix: 19.10.2016 | Saat: 23:50:00 | E-mail | Çapa göndər


Almaniyada 2016-cı il ərzində sığınacaq axtaran şəxslərin məskunlaşdığı yerlərə yönəlmiş hücumlar artıb. Federal Polis Dairəsinin (BKA) məlumatlarına görə, ilin əvvəlindən indiyə qədər qaçqınlara qarşı 797 hücum olub. Bunlardan 740-ı sağçılar tərəfindən edildiyi halda, 57 hadisənin siyasi səbəblərlə bağlı olma ehtimalı yüksəkdir.
“Funke Media Qrupu”nun BKA məlumatlarına əsasən yaydığı xəbərə görə, 320 hadisədə maddi ziyan, 180 hadisədə həddindən artıq sağ və xarici düşmən təbliğatı, 137 hadisədə isə zorakılıq əks olunub. 61 həbs hadisəsi ilə yanaşı, 10 hadisədə partlayıcı maddələrlə qanunazidd hərəkət reallaşdırılıb. BKA-nın məlumatlarına görə, 2015-ci ildə Almaniyada sığınacaq axtaran şəxslərin sıx olaraq yaşadığı yerlərə yönəlmiş 1005 hücum olub. Onlara qarşı yönəlmiş hücumlar 2014-cü ildə 199, 2013-cü ildə isə 69 olaraq qeydə alınıb.

Mühacirlər üçün
Fransada divar hörülür

Fransanın Calais şəhərində İngiltərəyə keçmək istəyən qaçaq immiqrantların bölgəyə girişinə mane olmaq üçün divar hörülür. Sentyabr ayında başlayan divar tikintisi Calais bələdiyyəsinin etirazları səbəbindən dayandırılmışdı. Ancaq bölgə qubernatorluğu işlərin yenidən başlamasına qərar verib. Onu da qeyd edək ki, 3 milyon avro olan tikinti xərci İngiltərə tərəfindən ödəniləcək. Sayı minlərlə olan miqrantlar tez-tez Manş tunelinə gedən yolda nəqliyyat vasitələrini zorla dayandıraraq hərəkətə mane olurlar.

Bolqarıstanda
qaçqın qorxusu

Bolqarıstan-Türkiyə sərhədində yaşayanlar da qaçqınlara qarşı reaksiya göstərirlər. Təxminən 18 min əhalisi olan Harmanlı şəhərində qaçqın düşərgəsi var. Bundan başqa, Avropa Sərhəd və Sahil Qoruma Agentliyi - “Frontex” 6 oktyabrdan etibarən Bolqarıstan-Türkiyə sərhədində fəaliyyət göstərməyə başlayıb. Qaçqınların həyatlarını riskə atıb insan qaçaqçılarına yüksək miqdarda pul ödəyərək Bolqarıstana gəldiyini söyləyən Harmanlı sakini İvan bildirib ki, onlar şəhərdəki qaçqın düşərgəsində çox pis bir mühitlə qarşılaşırlar. İvanın sözlərinə görə, bolqar polisi də qaçqınlara mərhəmətsiz davranır. Harmanlının türkçə danışan Roman məhəlləsi sakinləri bildirir ki, bir neçə həftə əvvəl qaçqın düşərgəsində olan dava-dalaşdan sonra şəhərdəki polisin sayı ciddi şəkildə artırılıb.
Burada yaşayan gənclərdən biri "bütün qaçqınların ölkədən çölə atılması lazımdır” deyib. Şəhərdə bir kafedə çalışan İveta Lazarova "İnsanlar qaçqınlardan qorxur, amma kimsə nifrət etmir. Məni indiyə qədər narahat edən heç bir qaçqın olmayıb” deyir. İveta keçən yay düşərgəyə gələn əfqan qaçqınların daha əvvəl düşərgədə yaşayan suriyalılara görə daha az təhsilli və mədəni olduğunu düşünür. İveta son gələn əfqanların çoxunun küçələrə tüpürdüyünü, başlarının çirkli olduğunu və yol qaydalarını tez-tez pozduqlarını deyir. Onun sözlərinə görə, daha əvvəl düşərgədə böyük əksəriyyət təşkil edən suriyalılar daha sakit, təhsilli və mədəni insanlardır. İveta yenə də şəhər əhalisinin ilk vaxtlarda da onlara qarşı düşməncə rəftar etdiyini ifadə edib. Çünki onlar da şəhərdəkilərdən fərqli görünür və fərqli bir dil danışırdılar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İspan qadınlar həm alim, həm də ana olmaq hüququ uğrunda mübarizə aparırlar
21.09.2018
Türkiyə İdlibdəki hərbi qüvvələrinin sayını artıracaq
21.09.2018
Vyetnam Prezidentinin ölüm səbəbi açıqlanıb
21.09.2018
Hindistan İran neftini rupi ilə alacaq
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info