“İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Tarix: 20.10.2016 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


“Məqsədimiz Ərdəbil və Azərbaycanın əməkdaşlıq edərək üçüncü ölkəyə məhsul ixrac etməsidir”

Azərbaycanda səfərdə olan İranın Ərdəbil vilayətinin valisi Məcid Xudabəxş dünən Bakıda mətbuat konfransı keçirib.
O bildirib ki, İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün güclü siyasi iradə var: “İqtisadi əlaqələrin inkişafı hər iki ölkənin marağındadır. Səfərimiz iqtisadi xarakter daşıyır. Burada ölkə başçısının qəbulunda olduq və iqtisadiyyat, fövqəladə hallar, kənd təsərrüfatı nazirləri ilə görüşdük. Sumqayıt İcra Hakimiyyətinin başçısı ilə görüşdük və qərarlaşdıq ki, icra başçısı Ərdəbilə gəlsin, iki şəhər arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imzalansın. Məqsədimiz Ərdəbil və Azərbaycanın əməkdaşlıq edərək üçüncü ölkəyə məhsul ixrac etməsidir. Bu barədə danışıqlar aparılır. Ərdəbildə yerin altından 270 dərəcə isti sular çıxır. O suyun buxarından enerji alınır. Biz təklif etdik ki, ya Azərbaycan hökuməti Bakı üçün bu enerjini alsın, ya da alıb Naxçıvana göndərsin”.M. Xudabəxş deyib ki, görüşlərdə Azərbaycan tərəfinin viza rejimini aradan qaldırması da müzakirə olub.Məcid Xudabəxş deyib ki, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. O bildirib ki, Tehranın bu siyasəti heç vaxt dəyişməyib: “Biz də bu siyasəti dəstəkləyirik və istəyirik ki, münaqişə sülh yolu ilə həll olunsun".
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info