«Ermənistanda Sərkisyanı müdafiə edən bir nəfər belə, yoxdur»
Tarix: 28.03.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Ermənistanda keçirilən son prezident seçkilərindən sonra siyasi vəziyyət gərgin olaraq qalır. Prezidentliyə keçmiş namizəd Raffi Ovannisyan etiraz aksiyasını keçirməkdə davam edir. Onun başlatdığı aclıq aksiyasının nə vaxta qədər davam edəcəyi bəlli deyil.
«Epress» xəbər verir ki, İrəvanda keçirilən etiraz tədbirlərinin birində çıxış edən fəal Daniel İoanisyan bildirib ki, vətəndaşlar mübarizəni davam etdirir və Azadlıq meydanını tərk etmək niyyətində deyil: «Bu ölkədə Serj Sərkisyanı müdafiə edən bir nəfər belə, yoxdur. Hətta milis və ordu sıralarında onu heç kim müdafiə etmir. Əgər hakimiyyət güc yolunu seçsə, sıravilərdən heç kim xalqa atəş açmayacaq». Daniel İoanisyan bildirib ki, insanlar bəzi stereotiplərdən vaz keçməlidir: «İrəvan meri vergi ödəyicilərinin hesabına paytaxta skamyalar qoyub, paytaxt sakinləri sınıq-salxaq marşurut taksilərindən istifadə edir, asfaltlar üç ildən tez sıradan çıxır, şəhərdəki yeganə kitab mağazası isə bağlanıb». Digər fəal İzabella Abqaryan da mübarizəni sona qədər davam etdirəcəklərini bildirib.
ANAR




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info