“Reytinq qazanmaq üçün cəbhə xəbərləri ilə manipulyasiya etmək olmaz”
Tarix: 20.10.2016 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində “Silahlı Qüvvələr və media: informasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti” mövzusunda dəyirmi masa keçirilib.
Mətbuat Şurasından verilən məlumata görə, tədbir Müdafiə Nazirliyi ilə şuranın birgə təşəbbüsü ilə baş tutub. Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, media ilə silahlı qüvvələrin daimi təmasda olması müharibə şəraitində yaşayan ölkə üçün son dərəcə önəmlidir. MŞ sədri, millət vəkili Əflatun Amaşov deyib ki, 2014-cü ilin avqustunda cəbhə xəttində gərginlik yaranan zaman media məsələyə lazımi peşəkarlıqla yanaşmayıb: “Ancaq 2016-cı ilin aprel müharibəsi dönəmində medianın fəaliyyət tərzi baxımından kifayət qədər peşəkar mənzərə var idi”. Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev müxtəlif internet informasiya resurslarının reytinq qazanmaq üçün cəbhə xəbərləri ilə manipulyasiya etmələrinin yolverilməzliyindən bəhs edib. Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, general-mayor Rasim Əliyev də çıxışında diqqəti əsasən ordu sistemində baş verən olayların cəmiyyətə çatdırılmasındakı bəzi neqativ meyillərə çəkib. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Müdafiə Nazirliyinin media ilə təmaslarındakı səmərəlilik dövlət üçün olduqca həssas mövzuya yanaşmanı formalaşdırmaq, ictimai rəyi düzgün şəkildə yönləndirmək baxımından son dərəcə əhəmiyyətlidir. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı cari ilin 10 ayı ərzində mediada ordu, eləcə də cəbhə xəttindəki vəziyyətlə bağlı yayılan informasiyaların xarakterik xüsusiyyətlərinə dair təhlillə çıxış edib. Tədbirdə MŞ sədrinin müavini Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvləri - Milli Məclisin deputatı Aqil Abbas, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “APA Holding”in rəhbəri Vüsalə Mahirqızı və başqaları da çıxış ediblər.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür
09.11.2018
Ermənistanın bütün müstəvilərdə təcrid və küncə sıxılmış vəziyyətdə olması özünü açıq şəkildə nümayiş etdirir
09.11.2018
Hər bir vətəndaşın borcudur ki, bayrağımızın əbədi dalğalanması üçün üzərinə düşəni etsin
09.11.2018
Azərbaycanın üçrəngli bayrağı özündən əvvəlki bayraqların varisidir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info