“Bütün Türk dünyası qardaşdır, Azərbaycanla Türkiyə isə əkiz qardaşdır”
Tarix: 20.10.2016 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


Türkiyənin paytaxtı Ankarada təhsil alan bir qrup azərbaycanlı ictimai fəal tələbələr bu ölkənin 63-cü hökumət kabinetinin Mədəniyyət və Turizm naziri olmuş, hazırda isə prezident Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi olan tanınmış siyasətçi Yalçın Topçunu ziyarət ediblər. Bu haqda görüşü təşkil edən Türkiyədə fəaliyyət göstərən “Yerli Düşüncə” dərnəyinin Azərbaycan təmsilçisi, tarixçi Cavid Mövsümlü xəbər verib. O, bildirib ki, Yalçın Topçu tələbələri Azərbaycanın müstəqilliyinin elan edilməsinin 25-ci ildönümündə qəbul edərək onları və onların timsalında bütün azərbaycanlıları Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edib, daha sonra isə onlarla Azərbaycan-Türkiyə münasibətlərinə dair görüşlərini bölüşüb. Söhbət əsnasında Yalçın Topçu hər zaman, hər yerdə söylədiyi kimi bu dəfə də “Bütün Türk dünyası qardaşdır, amma Azərbaycanla Türkiyə əkiz qardaşdır” ifadəsini işlədib.
Görüş əsnasında Cavid Mövsümlü Yalçın Topçuya bu ilin Aprel ayında türk dünyasının mədəniyyət paytaxtı seçilən tarixi Şəki şəhərinin açılış mərasimində onun şəxsən tanış olduğu “Şuşa Şəhər Uşaq Rəqs” qrupunun üzvləri və müəllim heyətinin göndərdikləri məktubunu çatdırıb. Yalçın bəy də öz növbəsində onlara salamlarını çatdıraraq, tezliklə onlarla Türkiyədə görüşəcəklərinə inandığını və Qarabağla bağlı istənilən mövzularda hər zaman diqqət və qayğı göstərilmənin önəmli olduğunu vurğulayıb.
Sonda azərbaycanlı tələbələr Azərbaycan səfirliyinin təhsil şöbəsinin təqdim etdiyi xatirə hədiyyəsini Yalçın Topçuya təqdim edərək, xatirə şəkli çəkdiriblər və Azərbaycan xalqı adından onun hər zaman ölkəmizə göstərdiyi diqqətindən dolayı təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Yalçın Topçu Türkiyədə ən çox tanınan siyasi simalardan biridir. Azərbaycan hər zaman Yalçın Topçunun siyasi fəaliyyətində prioritet yer tutub. Son dönəmlərdə, xüsusilə də bəzi məqamlarda seçilərək istər Türkiyə, istərsə də Azərbaycanın gündəminə gəlib. 2016-cı ilin fevral ayında keçirilən Xocalı Soyqırımı konfransında Türkiyə parlamentarilərinə soyqırımın tanınması çağırışı, aprel ayında 4 günlük savaş sonrası cəbhə xəttini ziyarət etməsi, may ayında isə Ankaradakı ulu öndər Heydər Əliyevin adını daşıyan parkda tədbir zamanı çıxış edərkən Azərbaycan adına önəmli mesajları ilə hər iki ölkənin ictimaiyyətinin diqqətini cəlb edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info