DAA Müstəqillik Günü ilə bağlı tədbir keçirib
Tarix: 20.10.2016 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Dünya Azərbaycanlıları Assambleyasının müstəqilliyimizin 25 illiyinə həsr olunmuş növbəti tədbiri baş tutub.
Oktyabrın 19-da Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Müstəqilliyimizin bərpasında və qorunmasında dünya azərbaycanlılarının rolu” mövzusunda dəyirmi masa keçirilib. DAA-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Könül Məmmədzadə müstəqillik gününün tarixi və mahiyyətindən söz açıb. Tədbirdə çıxış edən Dünya Azərbaycanlıları Assambleyasının diaspora və lobbiçilik üzrə vitse-prezidenti Sərraf Kərimov xaricdə yaşayan həmvətənlilərimizin və diaspora təşkilatlarımızın fəaliyyətindən söhbət açıb:
“Yaddan çıxartmaq lazım deyil ki, dövlət müstəqilliyimizin qorunub saxlanılmasında xaricdə yaşayan həmvətənlilərimizin və diaspora təşkilatlarımızın böyük rolu vardır.”
Daha sonra söz millət vəkili Adil Əliyevə verilib. Millət vəkili çıxışında aprel döyüşlərinə geniş yer ayırıb. Tədbirdə eyni zamanda Qarabağ döyüşlərinin qazisi Kamil Musəvi də iştirak edib. O çıxışında Qarabağdakı döyüş əzmindən danışıb. Gəncləri də vətənpərvərlik hisləriylə yaşamağa səsləyib. Qarabağ qazisinin çıxışı tədbir iştirakçıları tərəfindən ayaq üstə alqışlanıb.
Tədbirdə eyni zamanda QHT rəhbərləri, ziyalılar və KİV-lər iştirak edirdi.
Sonda Dünya Azərbaycanlıları Assambleyasının Azərbaycan nümayəndəliyi tərəfindən müstəqilliyimizin 25 illiyinə həsr olunmuş sujet nümayiş etdirilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info