“Ölkəmizə turist kimi gələnlər burada biznes qurmaqla bağlı qərar verirlər”
Tarix: 20.10.2016 | Saat: 16:06:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan-Dubay biznes forumu keçirilir. Forumu açılış nitqi ilə açan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizlə Dubay arasında əlaqələrin uzunmüddətli tarixə malik olduğunu, Azərbaycan şirkətlərinin nəinki Dubay bazarına, o cümlədən ətraf ölkələrin bazarlarına daxil olmaq üçün Dubayı gördüyünü qeyd edib. Onun sözlərinə görə, Dubay şirkətləri də öz növbəsində MDB bazarlarına daxil olmaq üçün Azərbaycandan mərkəz olaraq istifadə edir. "Hər iki ölkə coğrafi şəraitdən istifadə edərək investisiya imkanlarının artmasına töhfə verir. Azərbaycan bu mənada sağlam biznes imkanları təqdim edir. Bundam başqa, bu il Azərbaycanda xüsusilə Birləşmiş Ərəb Əmirliklərindən olan turistlərin üstünlüyü müşahidə olunurdu. Ölkəmizə turist kimi gələnlər sonradan burada biznes qurmaqla bağlı qərar verirlər. Bu o deməkdir ki, Azərbaycan yalnız məhsullar satmaq üçün bazar rolunu oynamır, o cümlədən biznes həyata keçirmək üçün də əlverişli bir ölkədir. Azərbaycan Dubaydan olan dostlarını həm burada, həm də digər ölkələrdə biznes imkanlarından istifadə etməyə dəvət edir", - deyə R. Məmmədov bildirib.
Qeyd edək ki, forum panel sessiyaları, iş adamları arasında ikitərəfli görüşlərlə davam edəcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info