BANM və ABB şirkəti razılaşma imzaladı
Tarix: 20.10.2016 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) BANM və ABB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalandı. Tədbiri açan BANM-in rektoru Elmar Qasımov ali məktəbin müxtəlif beynəlxalq şirkətlərlə qurulan əməkdaşlığı haqqında danışdı. O, yaxın dövrdə BANM-in ən müasir tələblərə cavab verən kampusunda ali məktəbin əməkdaşlıq etdiyi şirkətlərin laboratoriyaları və mərkəzlərinin fəaliyyət göstərəcəyini dedi. Elmar Qasımov BANM-in əməkdaşlıq etdiyi şirkətlərdə, o cümlədən SOCAR-ın müəssisələrində ali məktəbin tələbələrinin hər il təcrübə keçdiklərini vurğuladı. BANM-in ildən-ilə müxtəlif beynəlxalq və yerli neft-qaz, o cümlədən kimya sənayesi və avtomatlaşdırma üzrə şirkətlərlə əlaqələrinin daha da artdığını və hər bir əməkdaşlığın məhz tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi və onların gələcək karyerasında bir stimul olduğunu bildirdi.
BANM-də olmasından məmnunluq bildirən ABB şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Rüstəm Qasımov iki qurum arasında əməkdaşlıqdan söz açdı və bu ali təhsil ocağı ilə şirkətin əlaqələrinin dinamik inkişafından danışdı. O, təmsil etdiyi şirkətlə BANM arasında uğurlu ikitərəfli əməkdaşlığın mövcudluğunu bildirdi.
Sonra Bakı Ali Neft Məktəbi ilə ABB şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalandı. Qeyd edək ki, 1988-ci ildə təsis edilmiş və baş ofisi Sürix şəhərində yerləşən ABB şirkəti elektrotexnologiyalar və avtomatika sahəsində aparıcı şirkətlərdən biri olaraq dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Şirkət 145 min nəfərdən artıq işçiyə sahibdir.
Tədbirdə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Philipp Stalder, ABB şirkətinin Neft, qaz və kimya üzrə baş meneceri Martin Qreydi iştirak edirdilər.

Nigar








 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info