Samuxda 2500 hektar sahədə pambıq və çuğundur əkiləcək
Tarix: 20.10.2016 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Gələn ilin məhsulu üçün Samux rayonunda 1000 hektardan çox pambıq, 1500 hektar çuğundur əkilməsi nəzərdə tutulur. Həmçinin rayonda baramaçılığın inkişaf etdirilməsi məqsədilə ilk dəfə olaraq çəkil plantasiyalarının salınması da planlaşdırılır. Bu barədə Samux Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda bildirilib. Prezident İlham Əliyevin ölkədə pambıqçılığın, baramaçılığın və kənd təsərrüfatının digər sahələrinin inkişafına dair verdiyi tapşırıq və tövsiyələr Samux Rayon İcra Hakimiyyətində geniş təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Qeyd olunub ki, cari ildə rayonun Qırmızı Samux qəsəbəsi ərazisində 300 hektar sahədə “Qarabağ Region” MKT MMC tərəfindən pambıq səpini aparılıb. Həmin sahələrin becərilməsinə 200 nəfərdən çox yerli sakin mövsümi işlərə cəlb edilib. Əkilən pambıq sahəsinin suvarılması üçün 260 hektar ərazidə pivot müasir suvarma sistemi, 40 hektarda isə şırım üsulu tətbiq olunub. Bu vaxta kimi sahələrdən 460 ton ağ qızıl toplanılıb. Sahələrdə məsuldarlıq orta hesabla 25-30 sentner təşkil edib.
Hazırda rayonda pambıq əkinlərinin genişləndirilməsi və bu işə fermerlərin marağını artırmaq üçün bir sıra tədbirlər həyata keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
05.06.2020
Azərbaycanda daha 338 nəfər koronavirusa yoluxdu, 134 nəfər sağaldı, 4 nəfər öldü
05.06.2020
Masallıda onlayn qaydada keçirilən “şeir” müsabiqəsinə yekun vuruldu
05.06.2020
İcaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv edildi
04.06.2020
Baş Nazir koronavirusa yoluxma hallarının kəskin artması ilə bağlı əhaliyə müraciət etdi
03.06.2020
Operativ Qərargah: Bu vəziyyət davam etsə, sərhədlərin açılması gözlənilmir

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
3 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO
4 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
5 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info