Bərdədə 4,465 ton barama tədarük edilib, 3003 hektarda pambıq becərilib
Tarix: 20.10.2016 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


Bərdə Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsi dinlənilib, görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib. Bildirilib ki, ilin doqquz ayında regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla reallaşdırılıb. Bu dövrdə Əyricə kənd yolunda Tərtər çayı üzərindəki körpü və Qazaxlar kəndində süd emalı müəssisəsi istifadəyə verilib, Bərdə şəhərində və kəndlərdə geniş abadlıq işləri aparılıb. 11 kəndin 147,5 kilometr yolları əsaslı təmir edilib, 177,4 kilometr müxtəlif diametrli qaz xətləri çəkilərək 12 kənd qazlaşdırılıb, Əmirli, Dəymədağıldı, Kərimbəyli kəndlərinin, Güloğlular kəndinin yeni yaşayış məhəlləsinin elektrik şəbəkəsi yenidən qurulub.
Hazırda Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, 100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçasının, Qarabağ kanalının maşın qolunun, Yeni Daşkənd-Umudalılar, Bərdə-Ağcabədi avtomobil yollarının tikintisi davam etdirilir. Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır, 4 kənd qazlaşdırılır, 7 kəndin elektrik şəbəkəsi yenidən qurulur. Şəhər 2, 6 və 5 nömrəli, Xanqaraqoyunlu kənd tam orta məktəbləri, kommunal binalar və İmamzadə kompleksi əsaslı təmir olunur, “Bərdə” türbəsi bərpa edilir.
Diqqətə çatdırılıb ki, 2016-cı ilin doqquz ayında rayonda 266,1 milyon manatlıq ümumi məhsul, o cümlədən 9,3 milyon manatlıq sənaye, 126,7 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib, 26,9 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb.
Aqrar sahədə görülən işlər təhlil edilərkən bildirilib ki, 13,7 min hektar taxıl sahəsindən 51,4 min ton məhsul, o cümlədən 40,9 min ton buğda, 10,5 min ton arpa istehsal olunub. Bu il rayonda 4,465 ton barama tədarük edilib, 3003 hektarda pambıq becərilib. Gələn il 8 ton barama istehsal etmək, 10 hektar sahədə pambıq əkmək üçün tədbirlər görülür. Rayonda heyvandarlığın inkişafı istiqamətində də tədbirlər davam etdirilib. Hesabat dövründə 294 baş ətlik-südlük və 219 baş südlük istiqamətli cins heyvan alınıb gətirilib.
Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilib, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində qazanılan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb, vətəndaşların sosial müdafiəsi, ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər təhlil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info