ADU-da “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” mövzusunda konfrans keçirilib
Tarix: 20.10.2016 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


Oktyabrın 20-də Azərbaycan Dillər Universitetinin (ADU) və Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Filologiya İnstitutunun birgə təşkilatçılığı ilə “Koqnitiv və tətbiqi dilçiliyin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
ADU-da keçirilən konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçəklər düzüblər.
ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov konfransı açaraq bildirib ki, tədbirin məqsədi xarici dillərin tədrisinin aktual problemləri ilə bağlı fikir mübadiləsi aparmaqdır. Konfransin əhəmiyyətini vurğulayan D.Yunusov plenar iclasda tanınmış alimlərin çıxış edəcəklərini diqqətə çatdıraraq onlar haqqında məlumat verib. Bildirib ki, konfransda 15-ə yaxın ölkədən alimlər iştirak edirlər.
Sonra konfrans “Müasir dilçiliyin əsas istiqamətləri: dilçilikdə yeni paradiqmlər”, “Koqnitiv dilçilik: müasir vəziyyət və perspektivlər”, “Tətbiqi və tipoloji dilçilik: nəzəri ümumiləşmələr və praktik tövsiyələr”, “Dilin mənimsənilməsi prinsipləri: nəzəri və praktik təkliflər” mövzularında bölmələr üzrə işini davam etdirib.
Daha sonra tədbir iştirakçıları ADU-nun müəllimlərinin müəllifi olduqları kitab, jurnal və əsərlərdən ibarət sərgi ilə tanış olublar.
Konfransa oktyabrın 21-də yekun vurulacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info