Qazaxda əhəng zavodları və quşçuluq fermaları tikilir
Tarix: 20.10.2016 | Saat: 16:38:00 | E-mail | Çapa göndər


Qazax rayonunda cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncaqda Rayon İra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun hesabat məruzəsi dinlənilib. Məruzədə qeyd edilib ki, 2016-cı ilin 9 ayı da rayon üçün uğurlu olub. Belə ki, cari ilin ötən dövründə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 13.200 min manat, ümumi məhsul buraxılışının həcmi 132.145 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 10 milyon 50 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,6 faiz az, kənd təsərrüfatı məhsullarının həcmi 47 milyon 209 min manat və ya 2015-ci ilin doqquz ayı ilə müqayisədə 4,8 faiz çox olub.
Ötən dövrdə Qazaxda 14 yeni müəssisə yaradılıb, 1487-si daimi olmaqla, 1577 yeni iş yeri açılıb.
Rayonda tikinti-quruculuq, abadlıq işləri də davam etdirilib. Diqqətə çatdırılıb ki, hər birinin illik istehsal gücü 50 min ton olan "Mətanət A" şirkəti tərəfindən Daş Salahlı kəndində və "Carçıoğlu" şirkəti tərəfindən Xanlıqlar kəndində 2 yeni əhəng zavodlarının tikintisi davam edir. Həmin zavodlarda 450-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub. Orta Salahlı kəndində isə aylıq gücü 30 min baş olan quşçuluq fermaları tikilir.
Hesabat yığıncağında rayon təhsil şöbəsinin müdiri Nizaməddin Babanlı, rayon mərkəzi xəstəxanasının baş həkimi Arzu Novruzov və başqaları çıxış edərək, görülmüş işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat veriblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info