“Dini radikalizm və ekstemizmin təhlükəli fəsadları” mövzusunda tədbir keçirilib
Tarix: 20.10.2016 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Kürdəmirdə rayon icra hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini radikalizm və ekstemizmin təhlükəli fəsadları” mövzusunda tədbir keçirilib.
Rayon təhsil şöbəsində keçirilən tədbirdə təhsil və mədəniyyət işçiləri, yeniyetmə və gənclər iştirak ediblər.
Tədbiri açan rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov dini radikalizm və ekstremizmin bu gün dünyanı narahat edən ciddi problemlərdən olduğunu diqqətə çatdırıb.
DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev “Müasir dövrdə İslam dünyasında dini radikallığın yaranma səbəbləri və onun fəsadları”, Dövlət Təhlükəsizlik Xidməti Kürdəmir rayon şöbəsinin əməkdaşı Kamran Dadaşov “Terrorçuluq və dini ekstremizmə qarşı mübarizənin təşkili”, rayon polis idarəsinin əməkdaşı Nizami Abbasov “Radikalizm və ekstremizmin milli-mənəvi dəyərlərimizə vurduğu ziyan” mövzularında çıxış ediblər.
Vurğulanıb ki, milli-mənəvi və əxlaqi dəyərlərdən uzaq, yetkin dünyagörüşə malik olmayan gənc nəsil yad ideologiyaya, təsirlərə məruz qalaraq cəmiyyət üçün böyük bəlaya çevrilə bilər. Odur ki, yeniyetmə və gənclər dini radikalizm və ekstremizmin təsirlərindən uzaq, milli-mənəvi dəyərlərimizə sadiq ruhda yetişdirilməlidir. Çıxışlarda, habelə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayır, respublikamız tolerantlıq və multikulturalizm nümunəsinə çevrilib.
Tədbirdə müxtəlif dini cərəyanlar və onların fəaliyyət metodları haqqında ətraflı məlumat verilib. Ölkəmizdə qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı mübarizədə hamının sayıqlıq göstərməsinin vacibliyi vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info