Vergilər Nazirliyi risklərin qiymətləndirilməsi metodologiyasını hazırlayıb
Tarix: 20.10.2016 | Saat: 17:46:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyinin Kollegiyasının qərarı ilə “Təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə risklərin qiymətləndirilməsi metodologiyası” təsdiq edilib. Sənəd “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli Sərəncamının müvafiq bəndinin icrası məqsədilə hazırlanıb.
Nazirlikdən bildirilib ki, məqsəd - vergi öhdəliklərini tam və vaxtında yerinə yetirilməsini təmin etmək, vergidən yayınma halları üzrə risklərin qiymətləndirilməsi üçün müvafiq vergi nəzarəti tədbirlərini seçmək və vergi potensialını (vergi boşluğunu) müəyyən etməkdir.
Məlumata görə, metodologiya təsərrüfat obyektləri və fəaliyyət sahələri üzrə vergidən yayınma risklərinin qiymətləndirilməsi, vergidən yayınma hallarına yol vermiş vergi ödəyicilərinin vergi potensialının müəyyən edilməsi və yayındırılmış vergilərin dövlət büdcəsinə ödənilməsi məqsədilə həyata keçirilməli olan vergi nəzarəti tədbirinin seçilməsi mexanizmlərini müəyyənləşdirir. Bu metodologiyadan vergi nəzarəti tədbirlərinin düzgün seçilməsi, planlaşdırılması və səmərəli həyata keçirilməsi üçün istifadə ediləcək. Sənədə əsasən, risklər üzrə kameral vergi yoxlaması Vergi Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində həyata keçirilməlidir. Bu müddət bitdikdən sonra risklərə əsasən həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.
Qaydalara əsasən, vergi uçotunda olan vergi ödəyicisi tərəfindən malların istehsal və ya təqdim edildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi yer öz əksini tapacaq. Vergi riskləri və vergi öhdəliklərinin hər hansı sahədə düzgün müəyyən edilməsi nəticəsində vergi ödəyicisinin maliyyə itkisinə məruz qalmasının mümkünlüyü göstəriləcək. Bundan başqa, biznes qrupu - analoji fəaliyyətlə məşğul olan vergi ödəyiciləri iqtisadi göstəricilər üzrə təsnifləşdirilərək biznes qruplarına (kiçik, orta və iri qruplara) bölünəcək. Risklərin qiymətləndirilməsi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) olan məlumatlardan istifadə etməklə həyata keçiriləcək. Hər sahə üzrə spesifik risklərin müəyyən edilməsi və qiymətləndirilməsi üçün istifadə olunan məlumatların dəqiqliyi araşdırılacaq və sahələrin xüsusiyyətinə uyğun parametrlər müəyyənləşdiriləcək.
Risklərin qiymətləndirilməsi və vergi potensialının hesablanması ilə bağlı təhlillər isə analoji məlumatlar əsasında müəyyənləşdiriləcək. Təhlillər iki yolla - vertikal və mütənasib təhlil üsulu ilə aparılacaq. Hər iki təhlil üsulunun nəticələrinə əsasən risklər faizlə ifadə olunacaq. Faizlərin nisbətlərinə müvafiq olaraq 7 ballıq şkala əsasında hər risk intervalı üzrə qiymət (bal) müəyyən ediləcək.
Nəticə etibarı ilə aparılan təhlillər vergi ödəyicilərinin vergidən yayınma risklərinin qiymətləndirilməsi əsasında yarana biləcək vergidən yayınma hallarının vaxtında qarşısının alınmasını təmin edəcək. Vergi növləri üzrə vergi potensialının qiymətləndirilməsi və büdcəyə vergi daxilolmalarının müəyyənləşdirilməsi, habelə vergi nəzarəti tədbirlərinin düzgün seçilməsi də bu metodologiya əsasında tənzimlənəcək.
 



Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info