Sabirabadda pambıq sahələri 15 min hektara çatdırılacaq
Tarix: 20.10.2016 | Saat: 17:48:00 | E-mail | Çapa göndər


Sabirabad Rayon İcra Hakimiyyətində 2016-cı ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Rayon mədəniyyət mərkəzində keçirilən yığıncaqda hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, rayonun iş adamları və pambıq mülkiyyətçiləri iştirak edib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov qeyd edib ki, cari ilin doqquz ayı uğurlu nəticələrlə başa çatıb. Rayonda əvvəlki ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 7,5, taxıl istehsalı 8,5, tərəvəz istehsalı 11,1, ət istehsalı 8,1 faiz artıb.
Ötən dövrdə 38 yeni müəssisə yaradılıb və nəticədə 1914 iş yeri açılıb. İş yerlərinin 1831-i daimi, 83-ü isə mövsümi olub. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən iş adamlarına və sahibkarlara 59 layihənin həyata keçirilməsi üçün 779,1 min manat güzəştli kredit verilib və bunun nəticəsində əlavə 156 yeni iş yeri yaradılıb.
Hesabat məruzəsində bildirilib ki, yanvar-sentyabr aylarında rayonda abadlıq və quruculuq işləri davam etdirilib. Heydər Əliyev prospektində və 20 Yanvar küçələrində yerləşən 27 çoxmərtəbəli yaşayış binasında əsaslı və cari təmir işləri görülüb, ərazilər abadlaşdırılıb. Dövlətimizin başçısının “Sabirabad şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 19 sentyabr tarixli Sərəncamına uyğun olaraq, 34 çoxmərtəbəli yaşayış binasında təmir işlərinin aparılması üçün hazırlıq işləri görülüb. Aztəminatlı əhalinin mənzil probleminin həlli üçün şəhər mərkəzində üç 60 mənzilli və üç 30 mənzilli yaşayış binalarının tikilməsi üçün torpaq sahələri ayrılıb. Moranlı kəndində 432 yerlik tam orta məktəb binası istifadəyə verilib, Yaxa Dəllək kəndində isə 360 şagird yerlik tam orta məktəb binasının tikintisi yekunlaşmaq üzrədir. Ümumilikdə son illərdə 4264 şagird yerlik 13 məktəb binası, 700 şagird yerlik 34 sinif otağı, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 300 şagird yerlik 2 məktəb binası tikilib, 8717 şagird yerlik 17 məktəb binası əsaslı təmir olunub. Bundan əlavə, şəhərdə 140 yerlik, Çöl Beşdəli və Axısxa kəndlərində isə hər biri 40 yerlik uşaq bağçası-körpələr evi əsaslı şəkildə yenidən qurulub.
Ötən doqquz ayda əhaliyə göstərilən səhiyyə xidməti və yol infrastrukturunun yaxşılaşdırılması məqsədilə rayonda 205 çarpayılıq xəstəxana və kənd yollarının tikintisi də davam etdirilib. Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun 31 kilometrlik hissəsində əsaslı təmir işləri başa çatıb, yolun 12 kilometrlik hissəsində isə işlər davam etdirilir. Şirvan-Axtaçı-Muğan-Sabirabad avtomobil yolunun 10 kilometrlik hissəsi əsaslı təmir olunub.
Bildirilib ki, hesabat dövründə əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə xeyli iş görülüb. Hazırda rayon mərkəzi də daxil olmaqla, 55 yaşayış məntəqəsində təbii qazdan istifadə olunur və abonentlərin sayı 26 min 877-yə çatıb.
Aqrar sahədən danışılarkən diqqətə çatdırılıb ki, bu il rayonda 6113 hektar sahədə pambıq əkilib və hazırda məhsul yığımı davam edir. Hesabat gününədək 4 min ton pambıq, 3 min 75 kiloqram barama istehsal olunaraq təhvil verilib. Gələcəkdə bu sahələrin daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılır və 2017-ci ildə rayonda 82 min tut tingi, 15 min hektar pambıq əkilməsi nəzərdə tutulub.
Ötən müddətdə yeni istehsal müəssisələrinin yaradılması istiqamətində də müəyyən işlər görülüb. Uzun illər fəaliyyətsiz qalmış “Sabirabad Dəmir-Beton” ASC-nin fəaliyyəti bərpa edilib. Ulacalı kəndində sutkada 15 ton çörək və şirniyyat məmulatları istehsal edən çörək bişirmə sexinin tikintisinə başlanılıb və yaxın vaxtlarda müəssisə istifadəyə veriləcək.
Hesabat yığıncağında nöqsanlar da geniş təhlil edilib, müvafiq tapşırıqlar verilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info